• Home
  • Site map
  • Contact
Bakı  (+994 12) 598 09 09
    Sumqait  (+994 18) 644 30 40
  • Şirkət barədə
  • Xidmətlərimiz
  • Korporativ müştərilər
  • Mütəxəssislərin məsləhəti
  • Sual – Cavab
  • Sual – Cavab
  • Servis mərkəzlərinin ünvanları
TERMİNLƏR LÜĞƏTİ

A-GPS
GPS-qəbuledicinin soyuq başlanma vaxtını xeyli dərəcədə qısaltmağa icazə verən sistem.
Məlumdur ki, GPS-naviqatorların başlıca problemi soyuq başlanma vaxtının böyük olmasıdır (koordinatların ilkin təyin olunması vaxtı). Qəbuledicinin iş vəziyyətinə gəlməsi üçün onun peyklərin yerləşdiyi yeri və bəzi əlavə məlumatları müəyyən etməsi lazımdır. Soyuq başlanma vaxtını qısaltmaq üçün həm də sözü gedən xidməti göstərən operator serverindən lazımi məlumatları yükləməyə icazə verən Assisted-GPS sistemi işlənib hazırlanmışdır. Əgər sizin mobil telefonunuzda A-GPS yoxdursa, onda ilkin koordinatların müəyyən edilməsi üçün bu sistemin mövcudluğu üçün sərf olunan vaxtdan (10 - 20 san.) bir neçə dəfə çox (0.5 - 2 dəq.) vaxt gedəcəkdir.
Qeyd etmək lazımdır ki, hal-hazırda bu xidmət əsas etibarilə operatorlar tərəfindən ödənişsiz əsaslarla göstərilir.

Bluetooth
Qurulmuş Bluetooth simsiz rabitə modulunun mövcudluğu. Kiçik məsafəli (10 metrə yaxın), radioəlaqəyə əsaslanan Bluetooth texnologiyası mobil telefonun stolüstü şəxsi kompüter, portativ və cib kompüterləri, eləcə də standart Bluetooth-u dəstəkləyən digər qurğulara yüksək sürətli simsiz qoşulmasını quraşdırmağa imkan verir. Kompüterlə simsiz rabitədən istifadə edərək siz telefona yeni loqotip və melodiyalar yükləyə, elektron məktublar ala və göndərə, telefonla kompüter arasında verilənlərin sinxronizasiyasını həyata keçirə (məsələn, ünvan kitabının yazıları ilə mübadilə edə) bilərsiniz.
Bluetooth-u dəstəkləyən mobil telefondan noutbuk yaxud cib kompüteri üçün (telefon GPRS standartını dəstəklədiyi halda) modem qismində istifadə etmək olar. Həmçinin, qulaqda rahat duran və avtomobil sürücülərinin təhlükəsizliyi və rahatlığı üçün xüsusilə vacib olan hal-telefondan 10 m aralıda dayanaraq zənglərə cavab verməyə imkan verən Bluetooth-qarniturdan istifadə də rahatdır. Bluetooth standartının dəyərliliyi qoşulma zamanı hansısa simlərin olmaması, üstəlik, Bluetooth vasitəsilə qurulmuş simsiz qoşulma qurğuların bir-birindən birbaşa görünüşdə yerləşməsini tələb etmir. Bundan əlavə, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan Bluetooth-qarniturlar tamamilə bir-birinə uyğundur (məsələn, Nokia və Sony-Ericsson).
Sözü gedən standartın çatışmamazlıqlarına kifayət qədər qısa məsafədən rabitəni və verilən 2,45 QHs tezlikli radiodalğaların verilənlərinin ötürülməsi üçün istifadə aiddir ki, Bluetooth kanalında maneənin əmələ gəlməsi ehtimalını artıran sənaye, elmi və tibbi təyinatlı müasir simsiz sistemlərin əksəriyyəti də elə bu tezlikdə işləyir.

Dual Bluetooth Headset
Telefonda Dual Bluetooth Headset funksiyasının olması.
Bu funksiya telefondan bir dəfəyə iki Bluetooth-qarnitura audiosiqnal ötürməyə icazə verir. Bu yolla, siz ikilikdə mobil telefondan musiqiyə qulaq asa bilərsiniz.

EDGE
EDGE –384 Кbit/saniyəyə qədər sürətlə (GPRS üçün müqayisə üçün-118 Kbit/s-ə qədər) verilənlərin ötürülməsini dəstəkləməyə icazə verən üçüncü nəsil mobil rabitə texnologiyası. Verilənlərin bu ötürülmə standartı artıq mövcud olan GSM 800, 900, 1800 və 1900 МHs şəbəkələrə tətbiq oluna, eləcə də UMTS (WCDMA) texnologiyasını tamamlaya bilər. EDGE-in dəstəklənməsi məlumatların yüksək sürətlə ötürülməsinə əsaslanan yeni xidmətlərdən istifadə etməyə imkan verir.
yuxarıya

EMS
EMS mesajlarının dəstəklənməsi. EMS (Enhanced Messaging Service) – mobil telefona formatlanmış mətndən, şəkillərdən (o cümlədən animasiyalı), melodiya və zəng melodiyalarından ibarət olan mesajları ötürməyə və qəbul etməyə icazə verən texnologiyadır. Bu texnologiyanın köməyi ilə məsələn, siz dostlarınıza animasiyalı təsviri və musiqili müşayiəti olan gözəl təbrik açıqcası yarada və göndərə bilərsiniz.
Əgər bu standartı dəstəkləməyən telefona ЕМS-mesaj göndərilərsə, mesajın ünvanlandığı kəs yalnız mətni alacaqdır. Qeyd etmək lazımdır ki, müxtəlif istehsalçıların istehsal etdiyi telefon modelləri arasında ЕМS-mesaj mübadiləsi həmişə mümkün deyildir.
EMS-mesajların göndərilməsi/qəbulu üçün bu texnologiyanı nəinki telefonun özünün, həm də mobil rabitə operatorunun dəstəkləməsi gərəkdir.
yuxarıya

GPRS
GPRS-in dəstəklənməsi. GPRS (General Packed Radio Services) – verilənlərin radiokanal ilə paket ötürülməsi xidmətidir. Hesablanmış sürət 64 кbit/s, hər şeydən tez praktiki mümkün olan 48 кbit/s, nəzəri cəhətdən mümkün olan 115 кbit/s-dir. Baza stansiyalarının yüklənməsindən və qəbulun səviyyəsindən asılıdır. GPRS xidmətinin məğzi internet şəbəkəsinə GPRS-telefon vasitəsilə daimi qoşulmanın təşkil olunmasından ibarətdir ki, bunun köməyilə abunəçi internetlə bağlantını kəsmədən zəng edə və zəngləri qəbul edə bilər (GPRS sinfindən asılıdır).
GPRS-dən istifadənin mühüm üstünlüyü ondan ibarətdir ki, ödəniş qoşulma müddətinə görə deyil (telefon daim şəbəkəyə qoşulu qalır), telefon vasitəsilə ötürülən/qəbul edilən məlumatın həcminə görə аparılır. Əgər siz öz telefonunuzu hər hansı qurğuya qoşmaq niyyətində deyilsinizsə, оnda telefonda GPRS-in tətbiqinin başlıca sferası WAP yaxud HTML-səhifələrə baxış, MMS göndərilməsidir. Bundan əlavə, GPRS vasitəsilə telefona loqotiplərin, melodiyaların və oyunların yüklənməsini həyata keçirmək olar. GPRS-telefonun noutbuka və yaxud adi kompüterə qoşulması zamanı mobil telefondan modem qismində istifadə etməklə Qlobal şəbəkəyə çıxmaq olar (telefon Modem seçimini dəstəkləməlidir).
yuxarıya

GPS-modul
Qurulmuş GPS-qəbuledicinin olması.
GPS (Global Positioning System) – yerləşmə yerinin müəyyən edilməsi üzrə qlobal peyk sistemi. GPS-qəbuledici peyklərdən siqnalların köməyi ilə öz koordinatlarını təyin edir. Koordinatların təyin edilməsinin dəqiqliyi GPS-qəbuledicini “görən” peyklərin sayından asılıdır və adətən, bir metrdən on metrə qədər təşkil edir.
İstifadəçi telefonun ekranında öz yerini göstərən yer kartını görə bilər.
yuxarıya

GSM 1800
GSM 1800 Telefonun GSM 1800 rabitə standartını dəstəkləməsi. GSM 1800 - 1710-1880 MHs tezlik diapazonundan istifadə edən rəqəmsal mobil rabitə standartıdır. Bu standart Avropada, Rusiyada, Avstraliyada, Asiyanın Sakit Okean sahili dövlətlərində yayılmışdır. Mobil telefon alarkən yerli mobil rabitə operatorlarının hansı standartda işlədiklərini aydınlaşdırmaq lazımdır, belə ki, GSM 1800 standartlı telefon GSM 900 şəbəkəsində, GSM 900 standartlı aparat isə GSM 1800 şəbəkəsində işləməyəcəkdir. Avropada praktik olaraq bütün müasir provayderlər GSM 1800 və GSM 900 standartlarından istifadə edirlər (bax. "GSM 900"), buna görə də iki diapazonlu GSM 900/1800 telefon aparatları daha populyardır – belə telefonlar işə salınan zaman özü bir saniyəyə siqnalın hansı tezlikdə daha yaxşı olduğunu müəyyənləşdirir və onun üzərində köklənir.
yuxarıya

GSM 1900
Telefonun GSM 1900 rabitə standartını dəstəkləməsi. GSM 1900 - 1900 МHs tezlikdən istifadə edən rəqəmsal mobil rabitə standartıdır. Sözü gedən standart ABŞ və Kanadada yayılmışdır, buna görə də əgər siz həmin ölkələrdə telefondan istifadə etmək istəyirsinizsə, (bir şərtlə ki, sizin mobil rabitə operatorunuz orada rouminq xidmətlərini göstərsin), sizin aparatınız GSM 1900-ü dəstəkləməlidir.
yuxarıya

GSM 900
Telefonun GSM 900 rabitə standartını dəstəkləməsi. GSM 900 - 890 - 960 MHs tezlik diapazonundan istifadə edən rəqəmsal mobil rabitə standartıdır. GSM 900 standartı Avropada, Asiyada, Rusiyada yayılmışdır və praktik olaraq bütün müasir Avropa provayderləri tərəfindən istifadə olunur, buna baxmayaraq, aparatın GSM 900 ilə yanaşı, GSM 1800 standartını da dəstəkləməsi arzu olunandır, belə ki bu halda 900 МHs tezlikdə maneənin meydana çıxması zamanı telefon 1800 МHs tezliyinə keçirilə bilər.
yuxarıya

HSCSD
HSCSD (High Speed Circuit Switched Data) protokolunun məlumatların kanalların kommutasiyası ilə şəbəkələr üzrə yüksək sürətli ötürülməsi vasitəsilə dəstəklənməsi. Paket kommutasiyası protokolundan istifadə edilən GPRS-dən fərli olaraq, HSCSD-nin əsasında kanalların kommutasiyası dayanır, buna görə də bu protokol, məsələn, telefonun videokonfrans rejimində işləməsi zamanı məlumat axınının ötürülməsinə daha çox yarayır.
Hazırda HSCSD protokolu geniş yayılmamışdır və yalnız bir neçə operatorda rast gəlinir: onu radio verilişlərin daha güclü texnologiyalarının tətbiqində bir növ aralıq mərhələ hesab edirlər.
yuxarıya

HSDPA
HSDPA verilənlərinin simsiz ötürülmə texnologiyasının mobil telefon tərəfindən dəstəklənməsi.
HSDPA (High Speed Downlink Packet Access) – daxil olan kanal üzrə yüksək sürətli paket girişi texnologiyasıdır. Ondan istifadə verilənlərin şəbəkəyə ötürülmə sürətini əhəmiyyətli dərəcədə artırmağa icazə verir, orta sürət 1-1.5 Мbit/s, pik – təqribən 8 Мbit/s təşkil edir. HSDPA texnologiyasını WCDMA-nın məntiqi davamı hesab etmək olar.
Verilənlərin yüksək sürətlə ötürülməsi telefonun imkanlarını xeyli dərəcədə genişləndirir: MP3-faylın yüklənməsi üçün sizdən cəmi bir neçə saniyə tələb ediləcək, siz rəqəmsal televiziyaya baxa, videoəlaqədən istifadə edə biləcəksiniz.
HSDPA ilə təchiz edilmiş telefon noutbuka qoşulan zaman internetə giriş sürətini yeni səviyyəyə qaldıracaqdır. Mobil qurğuda bu texnologiyanın bütün üstünlüklərinin həyata keçməsi üçün sizin mobil rabitə provayderinizin HSDPA-ni dəstəkləməsi gərəkdir.
yuxarıya

HTML
Telefonda HTML-brauzerin olması. Bu cür veb-brauzerin köməyi ilə internet şəbəkəsində adi html-səhifələrə baxmaq mümkündür. Müqayisə üçün, WAP-i dəstəkləyən telefonda yalnız WML və ya XHTML formatlı, xüsusilə mobil telefon üçün optimallaşdırılmış səhifələrə baxmaq mümkündür.
yuxarıya

Java-əlavələri
Telefonun java-əlavələri, və yaxud midletləri dəstəkləməsi. Java-əlavələr Java proqramlaşdırma dilində yazılan proqramlardır, onları sizin telefonunuzda atmaq olar. Adətən mobil telefonda təqvim, saat və bəzi oyunlar kimi qabaqcadan müəyyən olunmuş məhdud sayda əlavələr olur. Telefonun Java-nı dəstəkləməsi onun sahibinə internetdən (məsələn, WAP-brauzer vasitəsilə) yeni java-əlavələr yükləməyə imkan verir. Java-əlavələrə aşağıdakıları misal göstərmək olar: oyunlar, gündəliklər, metro kartları, ingilis-rus dilində danışıq kitabları, valyuta konverterləri, müxtəlif ölkələrdə vaxtı göstərən saat, və s. Bu yolla Java texnologiyası telefonun sahibinə məhz onun üçün lazım olan əlavələri seçmək imkanı verərək telefonu daha da şəxsiləşdirilmiş edir. İnternetdə oyunlardan tutmuş köməkçi proqramlara kimi ən müxtəlif java-əlavələri götürmək mümkün olan saytlar mövcuddur.
yuxarıya

MMS
MMS-mesajların dəstəklənməsi. MMS (Multimedia Messaging Service) – SMS-dən fərqli olaraq, GPRS texnologiyasına əsaslanan qısa multimedia mesajları mübadiləsi xidməti. Xidmət tam rəngli şəkillər, foroqrafiyalar, melodiyalar və hətta videoroliklər qəbul etməyə/ötürməyə imkan verir.
Qrafik təsvirlər və melodiyalar əlavə olunan mətn mesajları olan EMS-mesajlardan (bax: “EMS”) fərqli olaraq, MMS texnologiyası qrafika və melodiyanın bilavasitə mətn mesajına əlavə edilməsi imkanını nəzərdə tutur – MMS-mesajı qəbul edən şəxs-eyni zamanda şəklə baxa və musiqini dinləyə bilər (EMS mətndə səs və qrafika eyni zamanda istifadə oluna bilməz).
Əgər MMS-i dəstəkləmədən aparata MMS-mesaj göndərsəniz, оnda mesajın ünvanlandığı şəxs onu bir qədər başqa şəkildə alacaqdır: WAP-brauzer ilə təchiz edilmiş telefona MMS –mesajın saxlandığı ünvan ilə WAP-istinad gələcəkdir; əgər telefon WAP-brauzer ilə təchiz edilməmişdirsə, onda onun sahibi URL ünvanı ilə SMS-mesaj alacaqdır və gələn mesajı internet-brauzerin köməyi ilə kompüterdə oxumaq mümkün olacaqdır.
Praktik olaraq bütün rəngli ekranı və GPRS dəstəyi olan müasir telefonların hamısı MMS funksiyasına malikdir. MMS-mesajın göndərilməsi/qəbulu üçün nəinki telefonun özünün, həm də mobil rabitə operatorunun MMS-i dəstəkləməsi lazımdır.
yuxarıya

MP3-melodiyalar
MP3 formatında yazılmış səsdən zəng melodiyası kimi istifadə etmək imkanı. MP3 – audio-informasiyanın saxlanmasının ən geniş yayılmış formatlarından biridir. Siz telefona istənilən melodiyalı, qısa musiqi fraqmentinə malik və ümumiyyətlə, istənilən səsli MPs-fayl yükləyə və ondan zəng siqnalı kimi istifadə edə bilərsiniz.

MP3-səsləndirici
Telefonda MP3 formatında musiqi səsləndiricisinin olması. MP3 fayllarını kompüterdən yükləmək olar. Qurulmuş MP3-pleyer mobil telefon ilə birgə digər portativ audio-texnikanı daşımamağa və cibinizdə yerə qənaət etməyə imkan verir.
Qeyd etmək lazımdır ki, musiqini səsləndirmək üçün adətən, qurulmuş yaddaş kifayət etmir, buna görə MP3-səsləndiricidən tam istifadə üçün telefonun dəstəklədiyi tip yaddaş kartının həcmi (256 Мb-dan 1 Qb-a qədər) ilə tədarük görmək arzuolunandır.
yuxarıya

POP / SMTP-müştəri
Telefonda POP / SMTP elektron poçtunun qurulmuş proqramının olması. POP / SMTP – internet şəbəkəsindəki praktik olaraq bütün poçt proqramlarının işlədiyi standartlardır. POP / SMTP-müştərinin köməyi ilə mobil telefondan elektron məktublar göndərmək və almaq, arzuya uyğun olaraq elə ofisdə işlətdiyiniz poçt ünvanı ilə işləmək olar.
yuxarıya

Push-To-Talk
Telefonun Push-To-Talk rejimini dəstəkləməsi.
Push-To-Talk (РТТ) "Bas və danış" kimi tərcümə etmək olar. Bu rejimdə öz həmsöhbətinə (və ya bir dəfəyə bir neçə həmsöhbətə) nəsə məlumat çatdırmaq üçün zəng düyməsini basmaq və onu saxlamaqla lazım olan ifadəni ona söyləmək kifayətdir.
Push-To-Talk iş rejimi köçürmə radiostansiyanın işini xatırladır, lakin ondan fərqli olaraq, РТТ abunəçiləri bir-birindən praktik olaraq istənilən məsafədə yerləşməklə əlaqə saxlaya bilərlər. Bu rejimdə səs mesajlarının ötürülməsi üçün GPRS/EDGE texnologiyasından istifadə edilir, müvafiq olaraq, Push-To-Talk vasitəsilə əlaqə GPRS/EDGE mümkün olan hər yerdə işləyəcəkdir. Telefonda Push-To-Talk rejimindən istifadə etmək üçün öz mobil rabitə provayderinizdə həmin xidmətə abunə yazılmaq lazımdır.
yuxarıya

QWERTY-кlaviatura
Telefonda hər hərfin özünə uyğun klavişi olan tam QWERTY-кlaviaturasının olması. Belə кlaviatura praktik olaraq sizin telefonunuzu kiçik kompüterə çevirir. О, böyük mətnləri rahatlıqla yığmağa, SMS yazmağa və ya еlektron poçt ilə məktublar yazmağa imkan verir.
Adətən QWERTY-кlaviaturalar ən çoxfunksiyalı modellərdə-smartfonlarda quraşdırılır.
Mühəndis və dizaynerlərin bütün səylərinə baxmayaraq, qurulmuş QWERTY-кlaviatura yenə də mobil telefonun çəkisini və qabaritini böyüdür, buna görə də belə klaviaturalı modellərin seçilməsi yalnız yazı maşınında həqiqətən çox yazan şəxslər üçün tövsiyyə olunur.
yuxarıya

SMS: lüğət ilə daxil etmə
"SMS: lüğət ilə daxil etmə" funksiyası mesajların mətninin yığılmasını sürətləndirməyə və sadələşdirməyə imkan verir. Bir neçə hərfin yığımından sonra sözü gedən funksiyanın isitfadəsi zamanı telefon özü daxil edilmiş hərflərdən ibarət söz variantlarını qoyur.
yuxarıya

SMS: mesajların hazırlanması
Telefonda kifayət qədər tez-tez işlədilən “Necəsən?”, “Tezliklə olacağam”, “Təzədən zəng et”, və s. tipli frazaların hazırlanmasından ibarət olan bir neçə şablon mesajların mövcud olması. Belə hazırlıqlar hər dəfə mesajı yenidən yığmaq zərurətindən azad edir – hazır şablona bəzi dəyişikliklər: “İşlərin necədir?”, “Necəsən?”, “Necəsiniz?”, və s. əlavə etməklə onu göndərmək daha asandır. Bəzi telefonlarda şablon mesajlar yoxdur, lakin öz hazırladığın şəxsi mesajları şablon kimi daxil etmək imkanı mövcuddur.
yuxarıya

TV-çıxış
Telefonda TV-çıxışın olması. TV-çıxış olduqda telefonu televizora qoşmaq və çəkilmiş fotoqrafiyalara və yaxud videoroliklərə TV ekranında baxmaq olur.
yuxarıya

VoIP- klient
Telefonun VoIP rejimində işləmək imkanı (internet şəbəkələr, məsələn, Wi-Fi ilə səsin ötürülməsi).
VoIP (Voice over IP) - IP protokol əsasında qurulmuş şəbəkələr (qlobal internet şəbəkəsi) vasitəsilə səsin ötürülməsi texnologiyası. Bu texnologiyanın başlıca üstünlüyü – telefon rabitəsi provayderindən asılı olmamasıdır. İnternet-telefoniyanın əsas standartı qismində adətən, SIP (Session Initiation Protocol)-dən istifadə olunur.
VoIP üzrə iş üçün VoIP-provayderlərindən birinə qoşulmaq, həmçinin необходимо internetə çıxış imkanına malik olmaq gərəkdir, bunun üçün adətən, simsiz Wi-Fi şəbəkəsindən istifadə olunur. Görünən çətinliyə baxmayaraq, internet-polifoniya istifadəçisi külli miqdarda imtiyazlar əldə edir: bir VoIP-şəbəkə hüdudlarında ödənişsiz zənglər, şəhər daxili zənglər zamanı və beynəlxalq zənglər üçün aşağı qiymətlər (mobil operatorların tariflərindən xeyli aşağı), Wi-Fi olan, lakin GSM olmayan və ya onun siqnalının həddən artıq zəif olduğu yerlərdə telefondan istifadə etmək imkanı.
İnternet-telefoniyanın çatışmamazlıqlarına aşağıdakıları misal göstərmək olar: VoIP-provayderin xidmətlərini ayrıca ödəmək lazımdır, internetdə işləyərkən mobil şəbəkədəki telefon nömrəsinə uyğun olmayan əlavə nömrədən isitfadə olunur, Wi-Fi üzrə qoşulma zamanı maksimum danışıq müddəti, mobil rabitə vasitəsilə iş zamanı xeyli az danışıq müddəti.
yuxarıya

WAP-brauzer
Mobil telefonun WAP protokolunu dəstəkləməsi. WAP (Wireless Application Protocol) – heç bir əlavə avadanlıq (modem və kompüter) olmadan birbaşa mobil telefondan internet şəbəkəsinin informasiya və servis xidmətlərinə çıxış əldə etməyə imkan verən simsiz rabitə protokoludur.
Müasir mobil telefon modellərinin əksəriyyəti WAP-brauzerlərlə təchiz edilmişdir.
Hal-hazırda WAP protokolunun əhəmiyyətli dərəcədə bir-birindən fərqlənən 2 əsas versiyası mövcuddur. Onlar barədə ətraflı məlumatı “WAP-brauzerin versiyası” bölməsində oxumaq olar.
yuxarıya

Wi-Fi
Qurulmuş simsiz Wi-Fi rabitəsi modulu olması. Wi-Fi – rəqəmsal məlumatların radiokanallar vasitəsilə ötürülməsinin əsas formatlarından biridir.
Wi-Fi stolüstü kompüter, noutbuk ilə simsiz şəbəkə bağlantısı yaratmağa, yaxud problemsiz mövcud Wi-Fi şəbəkəsinə qoşulmağa imkan verir. Smartfonların bəzi modelləri Wi-Fi modulu ilə təchiz edilmişdir ki, bu da onların funksional imkanlarını xeyli dərəcədə genişləndirir.
yuxarıya

i-mode
i-mode – mobil telefonlar üçün yeni internet xidmətidir. Bu xidmət i-mode saytlara çıxışla təmi n edir, eləcə də istifadəçi tam elektron poçtdan istifadə etmək imkanı qazanır. i-mode-in başlıca üstünlüyü istifadənin rahatlığındadır. İstifadəçi internetə qoşulmaq və elektron poçtdan istifadə etmək üçün xüsusi qurğuların quraşdırılması zərurətindən azaddır. Telefonun korpusunda xüsusi "i-mode" düyməsi vardır ki, onu basdıqda dərhal mövzu rubrikaları üzrə bölünmüş saytların siyahısı görünür. Bütün saytlar mobil telefon vasitəsilə adaptasiya olunmuşdur, buna görə praktik olaraq anidən yüklənir və həmişə ekranda düzgün əks olunur.
i-mode-dan istifadə üçün sizin mobil rabitə provayderiniz tərəfindən bu xidmətin dəstəklənməsi gərəkdir.
yuxarıya

Аvtozəng
Adı çəkilən funksiya lazım olan nömrə “məşğul” olduqda yaxud cavab vermədikdə ona avtomatik zəng etməyə imkan verir. Теlefon kiçik zaman intervalından sonra abunəçinin zəngini avtomatik olaraq təkrarlayır.
yuxarıya

Ekranın avtomatik dönməsi
Telefonda boşluq yerdə telefonun vəziyyətinin müəyyən olunması üçün qurulmuş vericinin mövcud olması. Bu moduldan əksərən ekranın avtomatik dönməsi üçün istifadə edilir. Misal üçün, foroqrafiyalara yaxud videoya baxış rejimində ekranın orientasiyasını dəyişmək üçün sizə yalnız telefonu üfüqi vəziyyətdə döndərmək lazım gələcəkdir. Lakin qeyd etmək lazımdır ki, kənar işçilər telefondan istifadəni xeyli dərəcədə asanlaşdıran çoxlu faydalı əlavələr yaratmışlar. Misal üçün, elə proqramlar vardır ki, onlarda telefonun ekranını aşağıya döndərməklə sakit rejimdə keçid və yaxud telefonun müəyyən istiqamətdə yerinin dəyişdirilməsi ilə müəyyən əlavələrin açılmasını qurmaq olar.
yuxarıya

Avtofokuslaşdırma
Telefonun fotokamerasında çəkiliş zamanı avtomatik olaraq aydınlığa gətirmə funksiyasının mövcud olması. Avtofokuslaşdırma funksiyası olan mobil telefonda daha keyfiyyətli fotoqrafiyalar əldə etmək olar: daha aydın, xırda detallarına qədər görünməklə.
yuxarıya

Аntenna
Telefonun modelindən asılı olaraq аntenna qurulmuş (aparatın korpusunun daxilində "gizlədilmiş") yaxud xarici (korpusun hüdudlarından kənara çıxan) ola bilər. Antennanın tipi daha çox dizayn elementidir və əksər hallarda qəbulun keyfiyyətinə heç cür təsir etmir.
yuxarıya

Zəngli saat
Telefondan zəngli saat kimi istifadə etmək imkanı. Bu funksiyanın konkret yerinə yetirilməsi telefonun istehsalçısından və modelindən asılıdır: bəzi aparatlarda istifadəçi zəngli saat üçün yalnız bir rəqəm qura bilər (bir dəfə işləmək üçün), digər modellərdə eyni zamanda bir neçə zəngli saatın qurulması imkanı vardır; tez-tez elə variantlara rast gəlinir ki, istifadəçi zəngli saatın işləməsi günlərini, dövriliyini və başqa parametrləri özü seçir. Telefonların əksəriyyətində idarə olunan zəngli saat hətta aparatın özü söndürülmüş vəziyyətdə olduqda belə işləyir (baxmayaraq ki, istisnalar da olur). Telefonda zənli saatın olmasının üstün cəhətlərini sadalamağa ehtiyac yoxdur. Zəngli saatın olması əsasən də səfərlərdə: ezamiyyət yaxud məzuniyyətlərdə aktuallıq daşıyır.
yuxarıya

WAP-brauzer versiyası
Bu günkü gün mobil telefonlarda WAP-brauzerin iki versiyasndan istifadə olunur: 1.2.1 və 2.0.
1.2.1 versiyası. WAP-brauzer 1.2.1 versiyasına malik telefonun köməyi ilə yalnız WML (WAP-saytlar) dilində yazılmış xüsusi saytlara baxmaq mümkündür. Kiçik telefon ekranları altında optimallaşdırılan WAP-saytlar kiçik həcmə və minimum qrafikə malikdir. Məsələn, siz yalnız WAP-brauzerli mobil telefondan istifadə etməklə hava proqnozuna, televiziya proqramlarının cədvəlinə baxa, təzə xəbərləri oxuya, və s. bilərsiniz.
Telefonun WAP 1.2.1-i dəstəkləməsi telefonun qiymətini çox qaldırmır, amma lazım gəldikdə sizi maraqlandıran məlumatla bağlı internet şəbəkəsinə müraciət etməyə icazə verir. 2.0 versiyası. Bu versiyalı WAP-brauzer stolüstü kompüterlərdə istifadə olunan standart WEB-brauzerə xeyli yaxınlaşdırılmışdır. O, HTML nişanının internet dili üçün standartın müxtəlif növlərindən biri olan XHTML (eXtended Hypertext Markup Languge) dilinə əsaslanır.
WAP 2.0-ı əvvəlki versiyalarla əks uyğunluğa malikdir. WAP 2.0 standartına həm də MMS-in dəstəklənməsi əlavə olunmuşdur ki, burada brauzer MMS mesajlara baxmağa və göndərməyə imkan verir. Əgər siz mobil internetə böyük əhəmiyyət verirsinizsə, onda WAP 2.0-ı dəstəkləyən telefonu seçin.
yuxarıya

Çəkisi (36 q-dan 420 q-a qədər)
Mobil telefon seçimində çəki heç də sonuncu parametr deyildir. Bəzi telefon modelləri kifayət qədər ağırdır – onları cibdə və ya kəmərdə daşımaq rahat deyildir, qadın çantası üçün də bu, daha yaxşı variant deyildir. Çəkini şərti bölgüyə ayırmaq olar:
- 75 q-dan az – yüngül telefonlar
- 74 q-dan 110 q-a qədər – orta çəki
- 110 q-dan artıq – ağır telefonlar
yuxarıya

Vibrozəng
Aparatın kifayət qədər güclü vibrasiyası ilə hiss olunan səssiz daxil olan zəng imkanı. Praktik olaraq bütün müasir modellər tərəfindən dəstəklənir. Vibrozəngdən istifadə sakitliyi pozmadan istifadəçiyə zəng barədə məlumatı ötürməyə imkan verir. Bu, çox vaxt müəyyən vəziyyətlərdə, məsələn, teatrda yaxud müşavirə zamanı lazım olur.
yuxarıya

Sudan mühafizə
Aparatı mayenin (su çiləmə, yağış damcıları) daxilə tökülməsindən qoruyan su keçirməyən korpus. Belə korpus tam germetik deyildir, buna görə də mobil telefonun suya salınması ilə korroziya və daxili zədələnmələr mümkündür.
yuxarıya

Diktofona yazı müddəti (0-dan 18000 s-dək)
Qurulmuş diktofonun tutumu. Telefonda qurulmuş rəqəmsal diktofon lazımi məlumatın operativ səs yazısına xidmət edir. Əgər siz diktofondan tez-tez istifadə etməyi planlaşdırırsınızsa, о zaman telefon seçərkən sizin bu xarakteristikaya diqqət yetirməyiniz gərəkdir.
yuxarıya

Enerjinin yığılması müddəti (40 dəq-dən 420 dəq-ə kimi)
Enerjinin yığılma müddəti – o müddətdir ki, həmin müddət ərzində telefonun akkumulyatoru tam dolur. Enerji yığma müddəti kimi 1.5-2 saatı (90-120 dəq) normal hesab etmək olar, 1 saat (60 dəqiqə) və daha az enerji yığma müddətini az hesab etmək olar. Akkumulyatorun enerji yığma müddəti nə qədər az olarsa, mobil telefon istifadəyə bir o qədər tez hazır olar.
yuxarıya

Gözləmə müddəti (360 dəq-dən 86400 dəq-dək)
Telefonun gözləmə rejimində akkumulyatorun tam dolmasına qədər maksimum işləmə müddəti. Bu xarakteristika aparatın danışıqların tamamilə olmadığı zaman (danışıq rejimində telefon daha çox enerji sərf edir) tam dolmuş batareya ilə nə qədər müddət işləyə bilməsini göstərir. 4-5 gün (5500-7000 dəqiqə) gözləmə müddətini normal, 6 gün (8500 dəqiqə) və daha çox gözləmə müddətini isə çox hesab etmək olar. Mobil telefonun gözləmə müddəti nə qədər böyük olarsa, sizin ona bir o qədər az hallarda enerji yığdırmağınız lazım gələcəkdir. Əksər hallarda real iş müddəti elan olunandan az оlur – bu, həm şübhəli qəbul zonası, həm də telefonun şəbəkədə tez-tez qeyd alınması (məsələn, metroya tez-tez gediş zamanı) ilə bağlı ola bilər. Həm də ekranın işığı çox enerji udandır.
yuxarıya

Musiqiyə qulaq asma rejimində iş müddəti (120-dən 2400 dəq-dək)
Telefonun MP3-pleyer rejimində işləmə müddəti.
Musiqiyə qulaq asma rejimində işləmə müddəti telefonla danışıq zamanı işləmə müddətindən fərqlənir, o, pleyer rejimində iş zamanı telefonun akkumulyatorunun tutumundan və enerji sərfindən asılıdır.
Əgər siz musiqiyə qulaq asmaq üçün telefondan tez-tez qulaq asmaq niyyətindəsinizsə, onda bu parametrə diqqət yetirin.
yuxarıya

Danışıq müddəti (40 dəqiqədən 1020 dəqiqəyə qədər)
Telefonun fasiləsiz danışıq rejimində akkumulyatorun tam boşalmasına qədər maksimum işləmə müddəti. 2-4 saat (120-250 dəqiqə) danışıq müddətini normal hesab etmək olar, 5 saat (300 dəqiqə) və daha çox danışıq müddətini isə çox hesab etmək olar. Mobil telefonla çox danışacaq şəxslər gərək bu parametrə fikir versinlər. Fasiləsiz danışığın real müddəti adətən, elan olunandan daha azdır və gözləmə rejimində iş müddəti kimi (bax: "Gözləmə müddəti, dəqiqə"), qəbul nöqtəsində siqnalın səviyyəsi, və s. kimi bir sıra amillərdən çox asılıdır.
yuxarıya

Qurulmuş alışqan
Qurulmuş alışqan zəif işıqlanma zamanı çəkilişlər etməyə imkan verir. Adətən, qurulmuş alışqanın gücü az olur, о, 1.5-2 metrdən artıq olmayan məsafədə fotoqrafiyalar çəkməyə imkan verir.
yuxarıya

Qulaqlıqlara çıxış

Telefonda qulaqlıqlar üçün razyomun olması. Qulaqlıqları qoşmaqla siz telefona yazılmış musiqiyə qulaq asa bilərsiniz. Bu imkan qurulmuş MP3-pleyeri olan (bax: “MP3-səsləndirici”) bütün mobil telefonlarda var.
yuxarıya

Səslə idarə etmə

Düymələri basmadan səs əmrlərinin köməyi ilə telefonu idarə etmək imkanı. Telefonun hər hansı funksiyasını (kalkulyator, SMS, səs poçtu, WAP, oyunlar, və s.) aktivləşdirmək üçün onun adını söyləmək kifayətdir. Müxtəlif funksiyalar üçün səs qeydləri (adlar) aparatının özü tərəfindən əvvəlcədən aparatın yaddaşına yazılır.
yuxarıya

Səs yığımı
Adı çəkilən funksiya lazım olan nömrənin səslə yığımını yerinə yetirməyə imkan verir (düyməni basmadan) – açar sözü (məsələn, abunəçinin adı və ya soyadı) demək kifayətdir və aparat özü yazı kitabçasından telefon nömrəsini oxuyaraq onu yığmağa başlayacaqdır. Müxtəlif telefon nömrələrinə uyğun gələn səs qeydləri telefon sahibinin özü tərəfindən əvvəlcədən aparatın yaddaşına yazılır.
yuxarıya

Səs qeydləri
Adı çəkilən funksiya telefonun yaddaşına qısa səs qeydlərini (məsələn, yadda saxlanılması çətin olan informasiyanı) və mesajlar- özü üçün xatırlatmalar yazmağa imkan verir. Bəzi telefon modellərində hər səs qeydi üçün zəngli saat qurmaq olar. Daha doğrusu, xatırlatma mətnini klaviaturada yığmaq əvəzinə onun səsini qaldırmaq və zəngli saatı gətirmək kifayətdir.
yuxarıya

Ucadan əlaqə
Adı çəkilən funksiya telefonun özünü əldə tutmadan, məsələn, onu yanınızda stolun üzərinə qoyaraq abunəçinin nitqinin ucadan səsləndirilməsi üçün aparatda qurulmuş mikrofon və dinamik vasitəsilə telefon danışıqları aparmağa imkan verir. "Ucadan əlaqə"dən istifadə edərək siz eyni zamanda həm telefonla danışa, həm də avtomobili idarə edə bilərsiniz.
yuxarıya

İki displey
Mobil telefonda əlavə ekranın olması. Adətən, əlavə ekran telefon-raskladuşkalarda quraşdırılır. Qapalı vəziyyətdə, əsas ekran görünməyəndə əlavə displeydə müxtəlif informasiya (məsələn, vaxt və ya zəng edən abunəçinin nömrəsi, avtomatik nömrə təyinediciləri) əks olunur. Bunun sayəsində çox rahat olan telefonu tez-tez açmaq zərurəti azalır. Əlavə ekran adətən, xarakteristikasına görə əsas ekrandan geri qalır- о, ölçücə kiçikdir və monoxrom ola bilər.
yuxarıya

İkitərəfli displey
Telefonun konstruksiyasında ikitərəfli displeydən istifadə. Ikitərəfli displey dedikdə həm daxili, həm də xarici ekran rolunu oynayan matris nəzərdə tutulur. İşıqlanma üçün adətən, yalnız bir işıq mənbəyi tətbiq olunur. İkitərəfli displeydən istifadə telefonun korpusunun qalınlığını azaltmağa, enerji sərfini aşağı salmağa, yüksək icazəli və böyük diaqonallı xarici ekran əldə etməyə imkan verir.
yuxarıya

Coystik
Xüsusi dörd pozisiyalı keçirici-miniatür coystikin köməyi ilə telefonun menyusu üzrə yerdəyişməni idarə etmək imkanı. Coystik intuitiv cəhətdən anlaşıqlı çoxsaylı mobil telefon qurğuları üzrə naviqasiya edir- kursor sizin basdığın tərəfdə yerləşdirilir. Coystik öz mənasına görə bəzi telefon modellərində istifadə olunan naviqasiya düyməsinə (“Naviqasiya klavişi”) oxşardır.
yuxarıya

Displeyin diaqonalı (1 düymdən 3.6 düymə qədər)
Ekranın diaqonal üzrə ölçüsü. Adətən düymlərlə ölçülür (1 düym 2.54 sм-ə bərabərdir). Ekranın diaqonalı nə qədər böyük olarsa, mobil telefondan istifadə bir o qədər rahat olur, amma bununla enerji sərfi də artır.
yuxarıya

Diktofon
Mobil telefonda diktofon funksiyasının olması. Adətən diktofondan səsli yazı kitabçası kimi – telefon nömrəsinin yaxud diktə edilmiş ünvanın cəld yadda saxlanması üçün istifadə olunur. Səsin yazılmasını həm mikrofonla, həm də telefon danışığı zamanı etmək olar.
Diktofon funksiyası olan telefonun seçilməsini tez-tez səfərlərdə olan şəxslərə əl altında karandaş və kağız olmadıqda tövsiyyə etmək olar.
yuxarıya

Akkumulyatorun tutumu (400-dən 3600 мА*saat)
Akkumulyatorun tutumu nə qədər böyük olarsa, telefon bir o qədər uzun müddət enerjisiz işləyə bilər. Akkumulyatorun tutumu adətən, 380-dən 1800 мА/saat həddində olur ki, bu da telefonun bir gündən on günə qədər enerji yığmadan işləməsinə icazə verir. Təbii ki, telefondan istifadənin intensivliyini nəzərə almaq lazımdır. Belə ki, məsələn, əgər siz gündə 30 dəqiqəyə yaxın danışmağı, SMS-dən, orqanayzerdən, oyunlardan, zəngli saatdan və başqa xidmətlərdən fəal şəkildə istifadə etməyi planlaşdırırsınızsa, onda hətta ən tutumlu akkumulyator bir neçə günə bəs edər.
Bəzi modellərdə hazırlıq dəstinə telefonun avtonom işləmə müddətini artırmağa imkan verən əlavə batareya daxildir (bax: "əlavə akkumulyatorun tutumu").
yuxarıya

Əlavə akkumulyatorun tutumu (2-dən 4000 мА*saata qədər)
Hazırlıq dəstinə daxil olan əlavə (ikinci) akkumulyatorun tutumu. Əlavə akkumulyator telefonun avtonom işləmə müddətini artırmağa imkan verir və bəzi situasiyalarda çox faydalı olur (məsələn, ezamiyyət zamanı). Akkumulyatorun tutumu barədə daha ətraflı məlumatı “Akkumulyatorun tutumu” bölməsində oxumaq olar.
yuxarıya

Sərt diskin tutumu (3.0-dan 8.0 Qb-a qədər)
Qurulmuş sərt disk böyük tutuma malikdir və sevimli musiqi, filmlər, oyunlardan ibarət çox geniş arxivin həmişə əl altında olmasına imkan verir. Sərt diskli telefondan istənilən fayllarınızın saxlanıldığı yer kimi istifadə etmək olar.
yuxarıya

Videokliplərin yazılması.
Mobil telefondan rəqəmsal videokamera kimi istifadə etmək imkanı: telefonun modelindən asılı olaraq bu funksiya davam etmə müddəti bir neçə saniyədən bir saata qədər video (səsli və səssiz) yazdırmağa imkan verir. Yaradılmış videoroliki kompüterdə saxlamaq və redaktə etmək, yaxud da MMS-in köməyi ilə dostlara göndərmək olar. Çəkilişin keyfiyyəti və davam etmə müddəti daim mobil telefonların aparıcı istehsalçıları tərəfindən təkmilləşdirilir.
yuxarıya

Səsli taymer
Danışığın davam etmə müddətinə nəzarəti həyata keçirməyə imkan verən funksiya. Səs siqnalına malik telefon danışığın daha bir dəqiqəsinin keçdiyini xatırladır (digər vaxt kəsiyini göstərmək olar). Əgər siz ödənişsiz həddlərdən istifadə etməyi, yaxud bəzi tarif planları üçün gəlirli olan bir dəqiqədən artıq olmayaraq danışmağı planlaşdırırsınızsa, danışıq taymeri faydalı ola bilər.
yuxarıya

Oyunlar
Telefonda bir neçə qurulmuş oyunların olması. Adətən bunlar həddən artıq çətin olmayan oyunlardır ki, onlar çətin ki ciddi şəkildə cəlb etməyə qadirdir, lakin hardasa növbədə gözləmə rejimini tamamilə bəzəyə bilər. Əgər telefon Java-nı (və GPRS-i) dəstəkləyirsə, оnda özünüz müxtəlif saytlardan xoşunuza gələn oyunları yükləyə bilərsiniz.
yuxarıya

Danışıq müddətinin göstəricisi
Danışığın başlanmasından ötən vaxtı ekrana gətirən funksiya. Bu funksiya istifadəçiyə vaxtı izləmək və bütün danışığı dəqiqə hesabı tarifikasiyası ilə vasitələrin qənaəti üçün rahat olan müəyyən intervala “düzmək” imkanı verir.
yuxarıya

Danışıq qiymətinin göstəricisi
Danışığın cari qiymətini mobil telefonun ekranında əks olunması imkanı. Bu funksiya istifadəçiyə danışıq zamanı danışığın dəqiqəsinin qiymətini bilməyə və bundan asılı olaraq ümumi danışıq müddətini müəyyənləşdirməyə kömək edir. Belə rejimin yerinə yetirilməsi üçün funksiya operator tərəfindən dəstəklənməlidir.
yuxarıya

RS232 interfeys
RS232 standartlı ardıcıl interfeys (SOM-port) vasitəsilə kompüterə qoşulmaq imkanı. Yaxın vaxtlara qədər bütün stolüstü kompüterlər və noutbuklar SOM-portla təchiz olunurdu, amma indi bu interfeysin olmadığı bir çox noutbuk modelləri meydana çıxmağa başlamışdır. RS232 vasitəsilə verilənlərin ötürülmə sürəti çox da böyük deyildir (15 Кb/s). Kontaktlar siyahısının kompüterə ötürülməsi üçün o, kifayət edəcəkdir, lakin multimedia fayllarının (musiqi, şəkil) telefona yüklənməsi üçün bu sürət aydındır ki, bəs etməyəcəkdir.
yuxarıya

USB interfeys
USB interfeys (Universal Serial Bus) vasitəsilə kompüterə qoşulmaq imkanı. USB qoşulmanın ən rahat yoludur, bütün müasir noutbuk və stolüstü kompüter modelləri USB interfeyslə təchiz olunmuşdur. Verilənlərin ötürülmə sürəti (1.5 Мb/san. USB-də 1.1) böyük multimedia fayllarının telefona köçürülməsi üçün yetərlidir.
yuxarıya

İnfraqırmızı port (IRDA)
Telefonda mobil telefonun infraqırmızı portu olan və aparatdan birbaşa görünmə dərəcəsində yerləşən istənilən cihaza (noutbuka, cib kompüterinə, modemə, və s.) simsiz qoşulmasını quraşdırmağa imkan verən funksiyanın olması. Kompüterlə əlaqədən istifadə edərək siz telefona yeni loqotiplər və melodiyalar yükləyə, telefonla kompüter arasında verilənlərin sinxronizasiyasını həyata keçirə (məsələn, ünvan kitabının və ya təqvimin yazıları ilə mübadilə edə), birbaşa kompüterdən SMS-mesajların qəbulu və göndərilməsini idarə edə bilərsiniz. İnfraqırmızı porta malik mobil telefon noutbuk və ya cib kompüterinin modemi kimi istifadə oluna bilər (telefon GPRS standartını dəstəklədikdə). Bu cür qoşulma üsulu simsiz olduğu üçün olduqca rahatdır, bununla belə, stolüstü kompüterlər infraqırmızı portla təchiz olunmur – onların telefona qoşulması üçün kompüterə xüsusi infraqırmızı adapterin quraşdırılması tələb olunur.
yuxarıya

USB-yığıcı kimi istifadə
Telefondan USB-yığıcı kimi istifadə. USB port vasitəsilə kompüterə qoşulma zamanı telefon sistem tərəfindən verilənlərin saxlanması qurğusu ("fləşka") kimi tanınır. Məsələn, kompüterdən telefonun yaddaşına fayllar köçürmək (həm də istənilən formatlı, hətta telefonun başa düşmədiyi) və onları başqa kompüterə köçürmək olur.
yuxarıya

Kalkulyator
Mobil telefondan kalkulyator kimi istifadə etmək imkanı. "Əl altında" kalkulyatorun olması çox vaxt bir çox siyuasiyalarda yararlı ola bilər və bu funksiya geniş istifadəçi dairəsi tərəfindən tələb edilə bilər.
yuxarıya

Videokonfranslar üçün kamera
Üz panelində yerləşən əlavə qurulmuş kamera. Bu kamera tam videoəlaqəni təmin etməklə video rejimində işləyə bilər. Bu rejimdə siz real vaxtda öz abunəçinizi telefonun ekranında görürsünüz, o isə sizin bu kameranın köməyilə əldə olunan təsvirinizi görür.
Videoəlaqədən faydalanmaq üçün bu rejimin sizin mobil operatorunuz tərəfindən dəstəklənməsi lazımdır.
yuxarıya

Polifoniya səslərinin sayı (4-dən 128-ə kimi)
Polifonik melodiyanın keyfiyyəti eyni zamanda səslənə bilən səslərin sayı ilə müəyyən olunur (not). Bu say nə qədər böyük olarsa, zəng melodiyası da bir o qədər dolğun və təbii alınır.
yuxarıya

Fotokameranın meqapiksellərinin sayı (0.0-dan 8.1-ə kimi)
Telefonda qurulmuş fotoaparatın matrisi üzərində yerləşən işığa həssas elementlərin (piksellərin) sayı. Riyazi cəhətdən bu, alınan təsvirin uzunluğunun eninə hasilidir (piksellərlə). Məsələn, əgər biz 480 nöqtəyə 640 ölçülü şəkil ilə işləyiriksə, оnda söhbət (640х480=307200) 0,3-meqapiksel matrisindən gedir. Matrisin piksellərinin sayı nə qədər çox olarsa, alınan təsvirlərin, daha doğrusu onların rəng vermə keyfiyyəti bir o qədər yüksək olar.
yuxarıya

Melodiyaların sayı (1-dən 100-ə qədər)
Telefona əlavə edilmiş zəng melodiyasının variantlarının sayı. Adətən telefonda baza melodiyalarının (bir neçə onluğa qədər) kiçik yığını olur və siz aparatınızın hansı “səslə” zəng edəcəyini seçmək imkanına maliksiniz. Bəzi modellərdə müxtəlif adamlardan daxil olan zənglər üçün müxtəlif səs siqnalı melodiyalarını qurmaq oalr. Müxtəlifliyi sevənlər özlərinə böyük sayda qurulmuş melodiyalara malik telefon seçə bilərlər.
yuxarıya

Əlavə ekranın rənglərinin sayı (2-dən 16777216-a kimi)
Əlavə ekranın dəstəklədiyi rənglərin sayı. Bu xarakteristika yalnız rəngli ekrana malik telefonlara aid edilir. Rəngli ekran nə qədər çox çaları əks etdirməyə qadir olarsa, şəkil bir o qədər çox təbii və dolğun alınar.
yuxarıya

Ekranın rənglərinin sayı (3-dən 16777216-a kimi)
Ekranın dəstəklədiyi rənglərin sayı. Bu xarakteristika yalnız rəngli ekrana malik telefonlara aid edilir (bax: "Rəngli ekran"). Rəngli ekran nə qədər çox rəngi və çaları əks etdirməyə qadir olarsa, bütün əks olunan informasiya bir o qədər çox ifadəli və rəng ötürmə daha yaxşı alınar- şəkillər daha da təbii görünər.
yuxarıya

Коnfrans-əlaqə
Konfrans-əlaqənin olması bir neçə şəxsin iştirakı ilə telefon müşavirələrin keçirilməsinə imkan verir.
yuxarıya

Yaddaş kartının maksimum həcmi (0.12-dən 32 Qb-a kimi)
Mobil telefon tərəfindən dəstəklənən yaddaş kartının maksimum həcmi. Təəssüf ki, bütün mobil telefonlar böyük ölçülü fləş-kartlarla işləyə bilmir. Bir çox telefonlarda onların işləyə bildiyi yaddaş kartlarının maksimum həcminə məhdudiyyət mövcuddur. Əgər siz böyük həcmli yaddaş kartlarından istifadə etməyi planlaşdırırsınızsa, оnda bu parametrə diqqət yetirin.
yuxarıya

Моdеm
Kompüterə qoşulduqda mobil telefondan modem qismində istifadə etmək imkanı. Mobi ltelefonu və noutbuku xüsusi kabellə birləşdirməklə siz mobil əlaqənin olduğu istənilən yerdə internetə çıxış əldə edirsiniz.
Telefonda verilənlərin ötürülməsinin simsiz texnologiyası olan Bluetooth-un dəstəklənməsi olduğu halda kabel əvəzinə radioqoşulmadan istifadə etmək olar. Belə olan halda noutbuk Bluetooth-аdаpterlə təchiz edilməlidir.
yuxarıya

Bir düymə ilə yığım (0-dan 99 nömrəyə kimi)
Sürətli yığım üçün abunəçilərin nömrələrinin sayı. Sürətli yığım funksiyası tez-tez yığılan nömrələri rəqəmli klavişlərə yazmağa imkan verir. Gələcəkdə bu nömrələri telefonun yaddaşından çağırmaq və müvafiq klavişə bir dəfə basmaqla yığmaq olar.
yuxarıya

Naviqasiya klavişi
Telefonda naviqasiya klavişinin olması. Dörd pozisiyalı naviqasiya klavişindən menyu üzrə yerləşdirmə üçün istifadə olunur. O, intuitiv cəhətdən anlaşıqlı çoxsaylı mobil telefon qurğuları üzrə naviqasiya edir- kursor sizin basdığın tərəfdə yerləşdirilir. Naviqasiya klavişi öz mənasına görə bəzi telefon modellərində istifadə olunan miniatür coystikə (bax: “Coystik”) oxşardır.
yuxarıya

Telefon kitabçaları arasında mübadilə
Telefonların əksəriyyətində yazı kitabçasındakı kontaktlarla birlikdə informasiya iki yerdə saxlana bilər: telefonun yaddaşında və SİM-каrtda. Telefon kitabçaları arasında mübadilə funksiyası telefon nömrələrinin telefonun yaddaşından SİM-karta və əksinə köçürülməsinə imkan verir.
Mübadilə funksiyası SİM-kartın və yaxud telefon aparatının dəyişdirilməsi halında faydalı ola bilər – sizin nömrələri yenidən daxil etməyinizə ehtiyac olmayacaqdır.
yuxarıya

Operativ yaddaşın həcmi (16-dan 256 Мb-a qədər)
Smartfonda qurulmuş operativ yaddaşın həcmi. PalmOS üçün 8-16 Мb, Pocket PC üçün isə-32 yaxud 64 Мb "normal" yaddaş hesab edilir. Smartfonda böyük həcmli operativ yaddaş sistemin ümumi məhsuldarlığını artırmağa və eyni vaxtda bir neçə proqramın bir dəfəyə işə salınmasına imkan verir.
yuxarıya

Daimi yaddaşın həcmi (32-dən 16384.0 Мb-a qədər)
Smartfonda qurulmuş daimi yaddaşın həcmi (ROM). ROM yaddaşa müxtəlif proqramlar yazılmışdır: əməliyyat sistemi, каlкulyator, poçt müştərisi, və s. Оnlar smartfonda işin dayanması zamanı və ya akkumulyator tam boşaldıqda itmir. Praktik olaraq bütün müasir modellər Flash mikrosxemi üzrə yerinə yetirilən daimi yaddaşla təchiz olunur. İstifadəçi özü Flash ROM-a lazımi proqramları, şəkilləri, musiqili faylları, və s. yaza bilər.
yuxarıya

Qurulmuş telefon kitabının həcmi (0-dan 8000 nömrəyə qədər)
Telefonun qurulmuş yaddaşında saxlana bilən abunəçilərin adları ilə telefon nömrələrinin sayı. Böyük sayda kontaktlardan istifadə edən istifadəçilərin telefon seçərkən qurulmuş telefon kitabının həcminə diqqət yetirmələri gərəkdir.
yuxarıya

Əməliyyat sistemi
Əməliyyat sisteminin tam adı. Çox vaxt əməliyyat sisteminin adında versiyanın nömrəsi və ya onun işıq üzü gördüyü il göstərilir. Adətən yeni versiyalarda köhnə versiyaların səhvləri düzəldilir və əlavə təkmilləşdirmələr daxil edilir. Əməliyyat sistemlərinin əsas tipləri barədə “Platforma” bölməsində oxumaq olar.
yuxarıya

Optik Zoom (1-dən 3-ə kim)
Qurulmuş rəqəmsal forokamerada optik böyütmənin (Zoom) ölçüsü. Optik Zoom obyektivin optik parametrlərinin dəyişdirilməsinin köməyi ilə həyata keçirilir və rəqəmli zumdan fərqli olaraq, fotoçəkilişin keyfiyyətinə xələl gətirmədən təsviri yaxınlaşdırmağa və uzaqlaşdırmağa imkan verir.
Bir qayda olaraq, tamamilə münasib keyfiyyətli çəkilişlərin edilməsinə imkan verən “irəliyə çəkilmiş” fotokameralar (əlbəttə ki, mobil telefona qurulmuş digər kameralarla müqayisədə) optik zuma malikdir.
yuxarıya

Orqanayzer/təqvim
Qurulmuş orqanayzer yaxın günə, həftəyə, aya bütün işlərinizin cədvəlini daxil etmək mümkün olan gündəliyi göstərir. Bəzi telefon modellərində orqanayzer qarşıdakı iş barədə səs siqnalı ilə xatırlatmağa qadirdir. Səsli xatırlatmalar bir dəfəlik, həftəlik və hətta illik ola bilir. Bəzi telefonlar orqanayzeri stolüstü kompüterlə , məsələn, MS Outlook tipli proqramlarla sinxronizasiya etməyə icazə verir.
yuxarıya

Platforma
Mobil telefonda (smartfonda) qurulmuş platforma və yaxud əməliyyat sisteminin tipi. Müasir telefon modellərində istifadə olunan əməliyyat sistemlərinin bir neçə tipi mövcuddur: Palm şirkəti tərəfindən işlənib hazırlanmış Palm OS - əməliyyat sistemi. Onun üstünlüklərinə müştərək proqramların böyük seçimini, operativ yaddaşın həcminə aşağı tələbat və az enerji sərfini aid etmək olar, lakin bununla belə o, zəif multimedia imkanlarına malikdir.
Pocket PC/Windows Mobile - Microsoft şirkətinin interfeysinə görə Windows 9x-ə bənzəyən çoxfunsiyalı, çoxtapşırıqlı əməliyyat sistemidir. Pocket PC geniş yayılma imkanlarına malikdir və multimedia əlavələri ilə işə istiqamətlənmişdir. Onun mühüm üstünlüyü yaradılmış faylların Windows ilə uyğunluğudur. Palm OS-dən fərqli olaraq, o, böyük həcmli operativ yaddaş tələb edir. Symbian – xüsusən mobil cihazlar üçün yaradılmış çoxtapşırıqlı əməliyyat sistemidir. Onun üstünlüklərinə verilənlərin paket ötürülməsinin yaxşı yerinə yetirilməsini, İP-adresasiyalar və Java-nın tam dəstəklənməsini aid etmək olar. Symbian şirkətinin əsasında Nokia həmin firmanın telefonlarında və smartfonlarında geniş istifadə olunan bir neçə proqram platformasını (Series 40, Series 60, Series 80, Series 90) yaratmışdır. Sony-Ericsson və bəzi digər istehsalçılar öz məhsullarında UIQ, eləcə də Symbian-ın əsasında qurulmuş interfeysdən istifadə edirlər. Linux hal-hazırda əsasən Motorola mobil telefonlarında istifadə olunur. Bu əməliyyat sisteminin əsas üstünlüyü – şifrənin aydınlığı, və nəticədə onun əsasında proqram təminatının aşağı maya dəyəridir. Zəif cəhəti isə multimedia imkanlarının az olmasıdır.
OS X – xüsusilə mobil cihazlar üçün işlənib hazırlanmış, Apple şirkətinin əməliyyat sistemidir. OS X noutbuk və iş masalarında isitfadə olunan Mac OS X-in kompakt versiyasıdır. Hal-hazırda əməliyyat sistemi telefona istehsal olunarkən birbaşa quraşdırılır və onun dəyişdirilməsi mümkün deyildir (yalnız haşiyəni - əməliyyat sisteminin versiyalarını dəyişmək olar.
yuxarıya

3G (UMTS)-in dəstəklənməsi
Telefonun üçüncü nəsil şəbəkələrdə - 3G işləmək imkanı. 3G şəbəkələri mövcud GSM şəbəkələri üzərində qurulur. Bununla şəbəkələr paralel işləyir: köhnə şəbəkə istifadəçiləri GSM şəbəkəsindən istifadə edirlər, yeniləri isə vəziyyətdən asılı olaraq - GSM yaxud 3G. Abunəçi terminalı şəbəkələr arasında avtomatik olaraq keçirilir ki, bununla əlaqəni qırmadan bir şəbəkədən digərinə keçirilmə mümkündür. GSM qarşısında 3G-nin başlıca üstünlüyü verilənlərin ötürülməsinin yüksək sürətidir – nəzəri olaraq 2 Мbit/s, real mümkün ola bilən 384 Кbit/s (müqayisə üçün maksimum nəzəri mümkün ola bilən sürən GPRS 115 Кbit/s, hesablanan 64 Кbit/s, praktiki mümkün ola bilən isə 48 Кbit/s-dir). Bundan başqa, mobil terminala tam audio və videofaylların yüklənməsi və mobil videotelefon əlaqəsi mümkündür.
3G-nin dəstəklənməsi telefonun qiymətini artırır.
yuxarıya

AAC-nın dəstəklənməsi
AAC formatında yazılmış faylları yenidən səsləndirmək imkanı. AAC (Advanced Audio Coding – genişləndirilmiş аudiokodlaşdırma) – audiosıxılma formatıdır. Eləcə də MP3 kimi, AAC texnologiyası da itkilərlə sıxılmanı təmin edir, lakin şəklini dəyişmələrin təkmilləşdirilmiş alqoritmlərindən isitfadə sayəsində çıxış audiosiqnalının keyfiyyəti daha yüksəkdir. Adı çəkilən formatın xüsusiyyətlərinə həm də müəllif hüquqları barədə informasiyaların audiokompozisiyalarının daxildə saxlanılması imkanını aid etmək olar (audiokompozisiyanın tamlığını pozmadan onu silmək olmaz). AAC çoxkanallı 5.1 səsini dəstəkləyir və DVD-videoda səsin yaradılması üçün istifadə edilə bilər. Bu formatın iPod pleyerlər və iTunes proqramı ilə dəstəklənməsi ona populyarlıq əlavə edir. AAC formatının çatışmazlıqlarına onun öz aralarında uyuşmayan bir neçə müxtəlif növlərinin mövcud olmasını aid etmək mümkündür.
yuxarıya

MS Office-in dəstəklənməsi
Microsoft Office-də istifadə olunan populyar fayl formatlarının dəstəklənməsi.
MS Office-i dəstələyən mobil telefonun köməyi ilə siz ofisdə işləyib qurtara bilmədiyiniz sənədlər üzərində işi yolda davam etdirə bilərsiniz. Bunun üçün sadə MS Office fayllarını stolüstü kompüterinizdən telefona köçürmək lazımdır.
yuxarıya

PictBridge-in dəstəklənməsi
İlk öncə PictBridge standartı rəqəmli forokamera ilə printer arasında qarşılıqlı əlaqənin təsvir olunması üçün istifadə edilirdi. PictBridge olan fotokameranı birbaşa, kompüterdən istifadə etmədən PictBridge-in dəstəyi ilə printerə qoşmaq və fotoqrafiyaları çap etmək olurdu.
Kamera kimi elə PictBridge dəstəyi olan telefonu da birbaşa USB vasitəsilə printerə qoşmaq və istənilən təsvir və fotoqrafiyaları çap etmək mümkündür. Bu zaman çap qurğusu mobil telefondan həyata keçirilir.
yuxarıya

UMA-nın dəstəklənməsi
UMA (Unlicensed Mobile Access) texnologiyasının telefon tərəfindən dəstəklənməsi. UMA (Unlicensed Mobile Access) simsiz Wi-Fi şəbəkələri (802.11) ilə geniş səhifəli internet-bağlantıdan səs bağlantısı kanalı kimi istifadə üçün nəzərdə tutulmuşdur. Wi-Fi ilə qoşulma danışıq qiymətini aşağı salmağa, mobil rabitənin əhatə zonasını genişləndirməyə imkan verəcəkdir (sizin telefonunuz hətta GSM olmayan, amma Wi-Fi olan yerdə də işləyəcəkdir). Siz simsiz Wi-Fi şəbəkəsinin fəaliyyət zonasında olduqda telefon bu şəbəkə ilə işləməyə keçir, siz WLAN əhatə zonasını tərk etdikdə telefon GSM/GPRS ilə iş rejiminə qayıdır. İki şəbəkə arasında dəyişmə avtomatik və istifadəçi üçün tamamilə hiss edilmədən baş verir.
İnternet vasitəsilə zənglər zamanı UMA-dan istifadə edərkən Wi-Fi vasitəsilə zənglər zamanı VoIP provayder tərəfindən verilən ayrıca nömrədən istifadə olunan VoIP telefondan (bax: “VoIP-müştəri”) fərqli olaraq, istifadəçidə onun telefon nömrəsi saxlanır.
UMA texnologiyasından istifadə üçün bu xidmətin sizin mobil rabitə operatorunuz tərəfindən dəstəklənməsi gərəkdir.
yuxarıya

WAV-ın dəstəklənməsi
Faylların WAV formatında səsləndirilmə imkanı. Adətən ".wav" genişlənməsinə malik olan fayllarda PCM/ADPCM alqoritmlərinin köməyi ilə şifrələnmiş orijinal keyfiyyətli (Audio CD-də olduğu kimi) audioverilənlər saxlanılır.
yuxarıya

WMA-in dəstəklənməsi
WMA) Windows Media Audio – Microsoft şirkəti tərəfindən audio-verilənlərin sıxılmış görünüşdə saxlanması üçün işlənib hazırlanmış formatdır. Son zamanlar WMA formatı MP3 ilə uğurla rəqabət aparır: çox hallarda eyni səs keyfiyyətində faylın həcmi WMA-da ölçüsünə görə MP3-dəkinə nisbətən az olur. Zərurət yarandıqda MP3 formatında olan faylları kompüterdə xüsusi proqramın köməyilə WMA formatına və əksinə şifrələmək mümkündür. WMA-nın dəstəkləndiyi mobil telefonlarda bu standartlı fayllardan MP3 faylları kimi istifadə etmək- qurulmuş pleyerdə səsləndirmək və ya zəng siqnalı kimi istifadə etmək olar.
yuxarıya

İki SİM-kartın dəstəklənməsi
Telefona eyni zamanda iki SİM-kartı salmaq və istifadə etmək imkanı. Tamamilə mümkündür ki, sizə iki telefon nömrəsi lazım olsun (məsələn, biri iş üçün biri ailə və dostlar üçün, yaxud siz müxtəlif operatorların SİM kartlarından istifadə etmək istəyirsiniz). Daim SİM-kartı dəyişmək, yaxud iki telefon daşımaq əvəzinə siz iki SİM-kartı dəstəkləyən telefon əldə edə bilərsiniz.
yuxarıya

Kitabça üzrə axtarış
Telefon kitabçası üzrə axtarış funksiyası. Bu funksiya sizin kitabçanızdakı yazıların sayı kifayət qədər böyük olduqda yararlı ola bilər.
yuxarıya

Polifonik melodiyalar
Polifonik zəng melodiyalarının dəstəklənməsi. “Polifoniya” termini bir neçə notun eyni zamanda səslənməsi mənasını verir (polifoniyasız telefonlardan fərqli olaraq, harda ki melodiyanın səslənməsi bir barmaq ilə fortepianoda çalmağa bənzəyir- siz bir notu çalarkən eyni zamanda digərini çala bilməzsiniz). Polifonik melodiyalar birsəsli melodiyalara nisbətən daha çox dolğun və maraqlı səslənir.
yuxarıya

A2DP profili
Telefonun A2DP (Advanced Audio Distribution Profile) profilini dəstəkləməsi. Adı çəkilən profil keyfiyyətli stereosiqnalın ötürülməsinə görə cavab verir. Yəni, Bluetooth ilə təchiz edilmiş (A2DP profilinin dəstəklənməsi ilə) istənilən telefondan mobil qarniturdan yaxud elə A2DP profilinin dəstəklənməsinə malik stereoqulaqlıqlardan istifadə etməklə çox yaxşı stereosəs ilə telefonun yaddaşından musiqini dinləmək olar.
yuxarıya

Prosessor
Smartfonda istifadə olunan prosessorun adı. Pocket PC əsasında smartfonlarda adətən Intel XSscale ailəsindən olan prosessorlardan (son nəsil PXA 27х və əvvəlki, daha az məhsuldar PXA25x и PXA26x nəsil) istifadə olunur.
Bu prosessorlar kifayət qədər yüksək məhsuldarlığa malikdir. Hesablama resurslarına olduqca tələbkar olan Pocket PC əməliyyat sistemi məhz onlar üçün optimallaşdırılmışdır. Başqa əməliyyat sistemlərinin əsasında qurulmuş smartfonlarda ən müxtəlif prosessorlardan istifadə olunur: bunlar Motorola DragonBall, Texas Instruments OMAP və başqalarıdır.
yuxarıya

Radioqəbuledici
FM diapazonda radiostansiyaları dinləmək imkanı. Adətən qurulmuş radioqəbuledicisi olan mobil telefon dəst şəklində xüsusi FM qarnitur (“cavab düyməsi”nin köməyilə radiostansiyalar arasında keçirməyə imkan verən adi hands free funksiyası ilə yanaşı). Zəng gələrkən radio danışıq vaxtı üçün dayanır, bundan sonra isə avtomatik olaraq işə düşür.
yuxarıya

İstifadəçi üçün mümkün olan yaddaş ölçüsü (0.6-dan 920b-a qədər)
İstifadəçinin öz qərarı ilə istifadə edə bildiyi yaddaş ölçüsü. Ona yeni melodiyalar, təsvirlər, oyunlar yükləmək mümkündür. “Yaddaşın ölçüsü” sahəsində mobil telefonda qurulmuş ümumi yaddaşın həcmi göstərilir, lakin istifadəçi ondan bütünlüklə istifadə edə bilmir. Buna görə də istifadəçiyə mümkün olan yaddaşın böyüklüyünə əsasən telefonun imkanları barədə daha obyektiv mühakimə yürütmək olar.
yuxarıya

Yaddaşın ölçüsü (0.1-dən 4096 Mb-a qədər)
Mobil telefonda qurulmuş yaddaşın ölçüsü. Qurulmuş yaddaşdan müxtəlif məlumatların saxlanması üçün istifadə olunur: telefonun modelindən asılı olaraq orada ünvan kitabının qeydləri, yüklənmiş oyunlar, melodiyalar, MP3 fayllar və s. saxlanılır. Ən sadə telefon modelləri üçün yaddaşın həcmi rol oynamır. Funksiyalar çoxluğuna malik daha mürəkkəb telefonların seçimi zamanı qurulmuş yaddaşın ölçüsünə diqqət yetirməyə dəyər. Smartfonlar üçün adətən daimi və operativ yaddaşın ölçüləri ayrıca göstərilir (bax: “Operativ yaddaşın həcmi” və “Daimi yaddaşın həcmi”).
yuxarıya

Displeyin X üzrə icazəsi (46-dan 800 pikselə qədər)
Üfiqi ekran piksellərinin (təsvir elementlərinin) sayı. Ekranın icazəsi nə qədər yuxarı olarsa, təsvirlər də bir o qədər yüksək olur və onda bir o qədər çox informasiya yerləşdirmək mümkün olur. Ekrandan mətnin oxunması üçün yaxud veb-səhifəyə baxılması üçün istifadə edildikdə smartfonlar üçün ekranın icazəsi xüsusilə vacibdir.
yuxarıya

Displeyin Y üzrə icazəsi (24-dən 1287 pikselə qədər)
Şaquli ekran piksellərinin (təsvir elementlərinin) sayı. Displeyin icazəsi barədə ətraflı məlumatı “Displeyin X üzrə icazəsi” bölməsində oxumaq olar.
yuxarıya

Əlavə ekranın X üzrə icazəsi (30-dan 240 pikselə qədər)
Əlavə ekranın üfüqi piksellərinin sayı. İcazə nə qədər çox olarsa (piksellərin sayından çox), ekranda bir o qədər ərtaflı təsvir əldə etmək mümkündür. Əlavə ekranın icazəsi adətən əsas ekranınkından kiçik olur.
Əlavə ekran üçün bu xarakteristika əsas deyildir, belə ki onda yalnız qısa informasiya əks olunur, adətən oraya zəng edən abunəçinin nömrəsi yaxud saat gətirilir.
yuxarıya

Əlavə ekranın Y üzrə icazəsi (12-dən 320 pikselə qədər)
Əlavə ekranda şaquli piksellərin sayı. Daha ətraflı məlumatı “Əlavə ekranın X üzrə icazəsi” bölməsində oxumaq olar.
yuxarıya

Videoçəkiliş zamanı icazə, maks
Telefonun video çəkə bildiyi maksimum icazə. Adı çəkilən parametr çəkiliş zamanı kadrların tezliyi ilə birlikdə (bax: “Videoçəkiliş zamanı kadrların tezliyi”) çəkilən videonun keyfiyyətini müəyyən edir. Lakin qeyd etmək lazımdır ki, videonun icazəsi nə qədər yüksək olarsa, telefonun prosessorunun gücünə olan tələbat da bir o qədər çox və buna müvafiq olaraq enerji sərfi də yuxarı olur (prosessora artırılmış yükün hesabına). Daha çox irəliyə getmiş modellər keyfiyyətinə görə DVD-video ilə müqayisə oluna bilən video çəkə bilir.
yuxarıya

Fotokameranın icazəsi
Qurulmuş kameranın köməyi ilə üfüqi və şaquli çəkiliş zamanı alınan təsvirin maksimum icazəsi. Təsvir hər birinin müəyyən rəngə malik ola bildiyi kiçik xanaların (piksellər) məcmusunu ifadə edir. Piksellərin sayı (yəni icazə) nə qədər böyük olarsa, çəkilişlər də bir o qədər dəqiq, onların keyfiyyətindən, daha doğrusu, rəngin verilməsindən yüksək olar.
yuxarıya

Xarici antenna üçün razyom
Telefonda xarici antenna üçün razyomun olması. Xarici antenna zəif siqnal zamanı- avtomobil ilə şəhərkənarına, daçaya gəzinti, zirzəmi otaqlarında yararlı ola bilər.
yuxarıya

Bir neçə abunəçiyə SMS göndərilməsi
Bir neçə abunəçiyə SMS göndərilməsi funksiyası oxşar mesajların göndərilməsi zamanı vaxta qənaət etmək imkanı verir.
yuxarıya

Melodiyaların redaktoru
Melodiyaların redaktoru zövqünüzə uyğun zəng melodiyasını yaratmaq və yazmaq imkanı verir.
yuxarıya

Makroçəkiliş rejimi
Qurulmuş fotokameranın makroçəkiliş rejimində çəkmək imkanı. Makroçəkiliş rejimində yaxın məsafədən predmetləri çəkmək olar. Bu rejimdə siz adi rejimdə mümkün olmayan xırda detalları görməyə icazə verən iri miqyaslı təsviri əldə edirsiniz.
yuxarıya

Uçuş rejimi
Telefonda “uçuş rejimi”nin olması. Təyyarələrdə uçuş zamanı mobil rabitədən istifadənin qadağan olunmasını nəzərə alaraq, xüsusi rejim işlənib hazırlanmışdır ki, bu rejim zamanı telefonda GSM-modul kəsilir, amma bununla belə səsin ötürülməsi və yaxud internetə çıxış (məsələn, oyunlar, orqanayzer, mp3-səsləndirici, və s.) ilə əlaqədar olmayan funksiyalar mümkün olaraq qalır. “Uçuş rejimi”nə smartfonlarda və cib kompüterlərində daha tez-tez rast gəlinir.
yuxarıya

HR, FR, EFR səsi kodlaşdırma rejimləri
Bir neçə səsi kodlaşdırma rejiminin mobil telefon tərəfindən dəstəklənməsi. Səsin kodlaşdırılması rejimləri- HR (Half Rate), FR (Full Rate), EFR (Enhanced Full Rate)-dir. Standart rejim FR hesab olunur. EFR rejimində səsin keyfiyyəti yaxşılaşır, amma bununla belə enerji sərfiyyatı bir qədər (5-10 %) artır və telefonun avtonom işləmə müddəti azalır. HR rejimində əksinə, səsin keyfiyyəti pisləşir, iş müddəti isə artır. İstifadəçi öz qərarı ilə bu səsi kodlaşdırma rejimlərindən birini seçə bilər. Qeyd etmək lazımdır ki, müxtəlif səsi kodlaşdırma rejimlərində iş sizin mobil rabitə operatorunuz tərəfindən dəstəklənməlidir.
yuxarıya

Ruslaşdırma
Mobil telefonun menyusunda rus dilinin dəstəklənməsi.
yuxarıya

Sensor ekran
Sensor (basılmaya həssas) ekran ekranın özünün müəyyən sahələrinə basmaqla telefonun menyusu üzrə çevrilməyə imkan verir. Adətən bunun üçün xüsusi göstərici- displeyə zərər dəyməyə qoymayan stilusdan isitfadə olunur.
Praktik olaraq bütün smartfonlar basılmaya həssas olan ekranla təchiz edilmişdir. Əgər siz mobil telefondan orqanayzer kimi istifadə etməyə hazırlaşırsınızsa, onda sensor ekranın mövcud olması sizin üçün çox faydalı olacaqdır.
yuxarıya

Kompüter ilə sinxronizasiya
Telefonla kompüter arasında verilənlərin sinxronizasiyasını həyata keçirmək imkanı- məsələn, telefon kitabının qeydləri ilə mübadilə etmək yaxud telefonun orqanayzerini kompüterdəki orqanayzer ilə sinxronizasiya etmək- yalnız telefonda olanlar indi kompüterə və əksinə köçürülür.
yuxarıya

Yaddaş kartı üçün slot
Yaddaş kartı üçün slotun olması telefonun funksional imkanlarını xeyli genişləndirir. Yaddaş kartlarında fotoqrafiyalar, kliplər, MP3 musiqili faylları və digər faydalı məlumatları saxlamaq mümkündür. Əgər siz telefondan pleyer kimi istifadə etməyə hazırlaşırsınızsa, onda çox güman ki, qurulmuş yaddaş sizə kifayət etməyəcək və musiqinin saxlanması üçün fləş-karta ehtiyac olacaqdır.
yuxarıya

Smartfon
Smartphone (“ağıllı telefon”)- özündə telefon və kompüteri birləşdirən terminaldır. Belə hibrid kommunikatordan hər şeydən öncə daha kompakt ölçülü və daha ifadəli “telefon” istiqaməti ilə seçilir. Başqa sözlə, əgər kommunikator telefon dəstəyinə oxşar olmağa “borclu” deyildirsə, onda smartfon- həmişə ilk növbədə öz böyük ölçülü displeyi və geniş funksiyalar toplusu ilə öz ənənəvi yoldaşlarından fərqlənən telefondur. Kommunikator modellərini (qurulmuş GSM/GPRS moduluna malik cib kompüterləri) cib kompüterləri bölməsində tapmaq olar.
yuxarıya

Növbəli panellər
Telefonun üz panelinin başqa rəngli və ya şəkilli panel ilə əvəz edilməsi imkanı, hansı ki apartaın xarici görünüşünü dəyişməyə imkan verir.
yuxarıya

Bluetooth standartı
Telefonun dəstəklədiyi Bluetooth interfeys versiyası. Hazırda bir-biri ilə uyğun olan üç təsnifat mövcuddur: 1.1, 1.2 və 2.0. 1.2 versiyasının 1.1 versiyasından əsas fərqləri- maneədən daha yaxşı qorunma, səsin ötürülməsinin yaxşılaşdırılmış keyfiyyəti, qurğular arasında əlaqə iki dəfə tez qurulur. Öz növbəsində, Bluetooth v 2.0 versiyalı mikrosxemlər v 1.2 ilə müqayisədə verilənlərin üç dəfə çox sürətli olması (3 Mbit/s-ə qədər), aşağı enerji sərfiyytaı və artırılmış xidmət müddətinə malikdir, daha sadə və etibarlı quraşdırılmanı, böyük faylların ötürülməsini (geniş tezlik zolağının sayəsində) təmin edir.
yuxarıya

CDMA 450 standartı
CDMA (Code Division Multiple Access) – Şifrəli bölgüyə malik çox sayda giriş sistemi. Şimali və Latın Amerikasında, Avropada (daha az geniş), Yaxın Şərq ölkələrində istifadə olunur. Adı çəkilən standart üçün əla səs keyfiyyəti və fon küylərinin aşağı səviyyəsi xarakterikdir. Sistemin GSM-dəkinə nisbətən 3-5 dəfə böyük olan artırılan tutumu sistemin xidmət zonası ərazisinə fəal iştirakçıların maksimum mümkün olan sayı ilə müəyyən olunur. Sistemin tutumunun artmasına gücə nəzarət və nitq fəaliyyəti mexanizminin tətbiqi səbəb olur ki, bu da sistemin tutumuna və digər amillərə təsir göstərən qarşılıqlı maneələri azaldır. Nəticədə abunəçilər şəbəkədə daha böyük yüklənmə olan saatlarda zənglərin bloklanmasından əziyyət çəkmirlər. Buna baxmayaraq, CDMA abunə aparatlarının mühüm fərqləri GSM şəbəkələrində qaydaya görə daha kiçik olan 10 mVt-dan az təşkil edən yayılan gücdür. Gücə olan belə aşağı tələblər enerji yığmadan daha uzun müddət işləyən portativ aparatlardan istifadəyə imkan verir. CDMA şəxsi informasiyanı etibarlı şəkildə qorumağa icazə verən hər zəng üçün unikal şifrədən istifadə edir. CDMA 450 standartından olan telefonlar 450 MHs tezlikdə işləyirlər. Telefon seçərkən gələcək mobil telefoniya provayderinizin telefonun standartını və iş tezliyini dəstəkləməsinə nəzər yetirməyiniz gərəkdir.
yuxarıya

CDMA 800 standartı
CDMA 800 standartından olan telefonlar 800 MHs tezlikdə işləyirlər. CDMA standartı barədə daha ətraflı məlumatı “CDMA 450 standartı” bölməsində oxumaq olar. Telefon seçərkən gələcək mobil rabitə provayderinizin telefonun standartını və iş tezliyini dəstəkləməsinə nəzər yetirməyiniz gərəkdir.
yuxarıya

Stereodinamiklər
Telefonda sterefonik dinamiklərin olması. Telefonda quraşdırılmış stereodinamiklər telefonun ətrafındakı boşluq sahədə səs yaratmağa qadirdir. Adətən onlardan stereofonik rejimdə musiqinin dinlənilməsi və zəng melodiyalarının səsləndirilməsi üçün istifadə olunur. Stereorejimdə zəng melodiyaları yeni tərzdə, daha effektli səslənəcək ,stereodinamiklərlə musiqinin dinlənilməsindən böyük həzz almaq mümkün olacaqdır, nəinki monofonik rejimdə.
yuxarıya

Akkumulyatorun tipi
Mobil telefonlar üçün akkumulyatorların bir neçə tipi mövcuddur: nikel-kadmium (NiCd), nikel-metal-hidrid (NiMH), litium-ion (Li-Ion) və litium-polimer (Li-Polymer). Aparatda hansı akkumulyatorun quraşdırılmasından nəinki telefonun enerji yığmadan işləmə müddəti, həm də akkumulyatorun özünün xidmət müddəti asılıdır. NiMH və NiCd akkumulyatorları “yaddaş effekti”nə malikdir, daha doğrusu onları yalnız enerjisi tam boşaldıqdan sonra doldurmaq olar (əks halda qalıq tutuma malik akkumulyator tam dolmur ki, bu da daha tez boşalmaya gətirib çıxarır). NiCd akkumulyatorlarından indi praktik olaraq istifadə edilmir. Li-Ion və Li-Polymer akkumulyatorları istifadə üçün daha rahatdır, belə ki onlarda “yaddaş effekti” yoxdur- onları tam boşalmanı gözləmədən də doldurmaq olar. Bununla belə, bu cür akkumulyatorlar NiMH-dən bahadır. Eyni tutumlu Li-Polymer akkumulyatorlarının çəkisi Li-Ion akkumulyatorlarınınkına nisbətən azdır ki, bu da onların qiymətində özünü göstərir. Eyni zamanda Li-Polymer akkumulyatorları Li-Ion-a nisbətən daha nazikdir, buna görə onlardan istifadə edərkən çox diqqətli olmaq gərəkdir- telefonun yerə düşməsi nəticəsində akkumulyator zədələnə bilər.
yuxarıya

Alışqanın tipi
Mobil telefonda tətbiq edilən alışqanın tipini göstərir. İlk əvvəl mobil telefonlarda yalnız işıqlı-diod alışqanlar tətbiq edilirdi, lakin istifadəçinin foto icazələrə marağının artması ilə əlaqədar olaraq istehsalçılar mobil telefonları həm də ksenonlu yeni alışqanlarla təchiz etməyə başladılar. İşıqlı-diod alışqanların başlıca üstünlüyü ondan ibarətdir ki, onlar ksenonlu yeni rəqiblərə nisbətən daha az enerji sərf edirlər. Bu tip alışqanların digər üstün cəhəti videoçəkiliş zamanı işıqlandırıcı lampa kimi istifadə olunmaq imkanıdır (funksiya bütün istehsalçılar tərəfindən dəstəklənmir). Çatışmamazlıqlara cüzi effektli məsafəni misal göstərmək olar. Ksenonlu yeni alışqanlar- adi fotoaparatlarda istifadə edilənlərə oxşardır. Belə halda alışqanın effektli məsafəsi diodlu alışqandakına nisbətən daha çoxdur, amma enerji sərfiyyatının da çox olması nəzərə çarpır.
Həm də videoçəkiliş zamanı obyektlərin işıqlandırılması üçün alışqandan istifadə etmək imkanı yoxdur.
yuxarıya

Yaddaş kartının tipi
Mobil telefonlarda istifadə edilən yaddaş kartlarının bir neçə tipləri mövcuddur. MultiMediaCard (MMC)-MMC formatında olan kart kiçik ölçüyə malikdir- 24х32х1,4 mm. SanDisk və Siemens şirkətləri ilə birgə işlənib hazırlanmışdır. MMC yaddaş kontrollerindən ibarətdir və ən müxtəlif tip qurğularla yüksək uyğunluğa malikdir. Reduced-Size MultiMediaCard (RS-MMC)-MMC standart kartından iki dəfə qısa olan yaddaş kartı. Onun ölçüləri 24x18x1,4 mm, çəkisi isə 6 q-a qədərdir, bütün qalan xarakteristikalar MMC-dən fərqlənmir. MMC standartı ilə mövcud uyğunluğun təmin olunması üçün RS-MMC kartlarından istifadə zamanı adapter lazım olur. Secure Digital Card (SD Card) SanDisk, Panasoniс və Toshiba firmaları tərəfindən dəstəklənir. Ölçü və xarakteristikasına görə MMC-ə çox bənzəyir, amma ondan azca qalındır. MMC-dən başlıca fərqi- müəllif hüquqlarının qorunması texnologiyasıdır: kart informasiyanın təsadüfi pozulma yaxud yox olmadan yüksək səviyyədə qorunmasına, icazə verilməyən surət çıxarmadan kriptomüdafiəyə malikdir. Mini Secure Digital Card (miniSD) – yeni miniSD standartından olan fləş-kartlar. Standart Secure Digital (32х24х2.1 mm) kartlarından ölçüsünün kiçik-21.5х20х1.4 mm olması ilə fərqlənir.
Adi SD-slot ilə təchiz edilmiş qurğularda kartların işini təmin etmək üçün adapter nəzərdə tutulmuşdur. Micro Secure Digital Card (microSD)- microSD yaddaş kartları fləş-yaddaşın superkompakt çəkiliş qurğularıdır. Onların ölçüləri 11х15х1 mm təşkil edir. Adı çəkilən formatda kartlardan ilk növbədə mobil telefonlarda istifadə olunur, belə ki Öz yığcamlığı hesabına telefonun ölçülərini böyütmədən onun yaddaşını xeyli genişləndirməyə imkan verir. microSD kartları TransFlash (T-Flash) kartlarında işləyən qurğularla tamamilə uyğundur. TransFlash formatı microSD formatı tərəfindən sıxışdırılıb tamamilə aradan götürüləcəyi ehtimal olunur. T-Flash və microSD kartlarının SD standartını dəstəkləyən qurğularla uyğunluğunu təmin etmək üçün xüsusi SD-adapterlər buraxılır.
Memory Stick Duo. Bu yaddaş standartı Sony şirkəti tərəfindən hazırlanmışdır və dəstəklənir. Коrpusu kifayət qədər davamlıdır. Hal-hazırda bu, təqdim olunan yaddaşların hamısından ən bahalısıdır. Memory Stick Duo elə Sony şirkətinin geniş yayılmış Memory Stick standartının əsasında işlənib hazırlanmışdır, kiçik ölçüləri ilə fərqlənir (20х31х1.6 mm). DV-RS-MMC (Dual Voltage Reduced-Size MultiMediaCards). İkiqat qidalanmaya malik (1,8 və 3,3 V) DV-RS-MMC yaddaş kartları aşağı enerji sərfi ilə seçilir ki, bu da mobil telefona bir qədər uzun müddət işləməyə icazə verir. Bu kartın ölçüləri RS-MMC, 24x18x1.4 mm ölçüləri ilə üst-üstə düşür.
yuxarıya

Korpusun tipi
Bütün mobil telefonları korpusun tipinə görə bölmək olar. Hər tipin öz xarakterik xüsusiyyətləri var. Mobil telefonların korpuslarının əsas tipləri aşağıda sadalanmışdır: кlassik, raskladuşka, qatlanan başlıqlı, açılan, rotator, saat, qələm.
Klassik korpus tipinə malik telefonlarda adətən açıq ekran və klaviatura olur. Telefon gözləmə rejimində olduqda (qatlanmış şəkildə) açılan konstruksiya təbii müdafiəyə malik olan iri ekranı yerində oturtmağa imkan verir. Açılan tipdən olan telefonlar çox vaxt iki ekran ilə təchiz olunur – daxil və xarici.
Qatlanan başlığın başlıca təyinatı – klaviaturanın təsadüfi basılmadan, eləcə də çirklənmə və fiziki zədələnmələrdən qorunmasıdır. Açılan korpuslu telefon-slayder “yığılmış” vəziyyətdə az yer tutur, eləcə də onu bir əl ilə açıb-bağlamaq olur. Korpus-rotator bir-birinə nəzərən fırlana bilən iki hissədən ibarətdir. Belə korpus “yığılmış” vəziyyətdə az yer tutur, onu bir əl ilə də açıb-bağlamaq mümkündür.
Mobil telefon-saat qol saatı şəklində yerinə yetirilir, onu ehtiyat üçün daşımaq olar. Mobil telefon-qələm uzunsov formaya malikdir və uzaqdan qalın diyircəkli qələmi xatırladır.
yuxarıya

Rəngli ekranın tipi
Mobil telefonların rəngli ekranlarını STN, TFT, TFD, UFB, OLED texnologiyaları üzrə istehsal edirlər. STN (super twisted nematic – olduqca böyük təhrifə malik struktur) – passiv matrisli maye-kristal displey. Əsas çatışmamazlıqları – aşağı itihərəkət, gün işığında görünmür, yüksək enerji sərfidir. TFT (Thin Film Transistor) – nazik plyonkalı tranzistorların texnologiyasıdır. Fəal-matris displeylərdə tətbiq olunur. Hər təsvir elementinə (piksel) üç tranzistor uyğun gəlir ki, bunlardan hər biri üç əsas rəngdən biri ilə uyğun olur – qırmızı, yaşıl və ya göy, və lazımi gərginliyi dəstəkləyən kondensator. Texnologiyanın çatışmamazlığı – yüksək enerji sərfidir. UFB (Ultra Fine and Bright) Bu abbreviaturanın arxasında yüksək parlaqlıq və kontrasta malik ekran dayanır ki, bununla da ənənəvi maye-kristal displeylə müqayisədə sərf olunan güc aşağı düşür. Bundan əlavə, yeni displeyin istehsalı onu işləyib hazırlayanların təminatına görə, ucuz başa gəlir. Bu texnologiya STN və TFT arasında keçid variantını təcəssüm etdirir. Əsas çatışmamazlığı – gün işığında ekranın görünməməsidir.
TFD (Thin Film Diods) – TFT-yə oxşar olan nazik plyonkalı diod texnologiyasıdır. Yuxarıda sadalanan dörd texnologiyadan daha optimalı TFD-dir. Əgər siz telefondan küçədə nadir hallarda istifadə edirsinizsə, оnda sizə UFB displeyləri də yarayar. TFT-ni o kəslərə məsləhət görmək olar ki, onları telefonun tez-tez enerji yığılmağa qoymaq zərurəti qorxutmur.
OLED (Organic Light Emitting Diode) – orqanik elektro-lüminessent displeylər – daha nazik, parlaqdır, əlavə işıqlanmaya ehtiyacı yoxdur və bununla da daha qənaətlidir. LCD-texnologiyalarla müqayisədə OLED çox yüksək kontrast və parlaqlıq (yəni displey praktik olaraq istənilən şəraitdə oxunur) kimi üstünlüklərə malikdir. İndi OLED ekranlar əlavə daxili ekran kimi tətbiq olunur, məsələn, LG G7030 və Samsung SGH-E700-də əsas ekranları yeni texnologiya ilə etmək hələ ki bahadır. TFT-ekranın növü mövcuddur - TFT TMR. TMR (Transmissive with Micro Reflective) abbreviaturası onu söyləyir ki, displey transflektiv xüsusiyyətlərə malikdir. Daha doğrusu, ekran zəifləyən işıq buraxa və onu aşağı hissədən əks etdirə bilər. Bununla yanaşı, displeydə daxili işıqlanma nəzərdə tutulmuşdur. TFT TMR həm küçədə, hətta parlaq günəş altında, həm də qaranlıq yerdə parlaq və kontrastlı təsvir əldə etməyə imkan verir.
yuxarıya

Fotokamera
Telefonda qurulmuş rəqəmsal fotokamera çəkiliş etməyə və videoroliklər yazmağa (bəzi modellərdə) imkan verir. Əldə olunan fotoqrafiyaları telefonun yaddaşında saxlamaq, veb-səhifəyə qoymaq yaxud MMS-mesaj kimi (bax: "MMS") başqa mobil telefonlara göndərmək olar. Saxlanmış təsvirlərdən həmçinin telefonun displeyində zastavka kimi də istifadə etmək olar. Mobil cihazlar sahəsində daimi inkişafa baxmayaraq, qurulmuş fotokamera xarakteristikasına görə sərbəst rəqəmsal fotokameradan geri qalır. Lakin həmişə sizin yanınızda olan qurulmuş kameranın köməyilə çoxlu gözlənilməz və maraqlı çəkilişlər etmək mümkündür.
yuxarıya

Rəngli əlavə ekran
Rəngli əlavə ekran telefonu daha parlaq və cəlbedici edir. Rəngli displeydə informasiya xeyli sadə qavranılır. Bir çox imicli telefonlar-raskladuşkalar rəngli əlavə ekranla təchiz olunur.
yuxarıya

Rəngli ekran
Hal-hazırda mobil telefonların əksər modellərində rəngli ekran quraşdırılmışdır. Monoxrom ekran adətən yalnız baha olmayan büdcə modellərində quraşdırılır. Rəngli ekrandan istifadə əlbəttə ki, daha rahat və xoşdur. Rəngli ekranın çatışmamazlıqlarından onu qeyd etmək olar ki, parlaq (gündüz) işıqlanmada ondakı informasiya pis oxunur.
yuxarıya

Rəqəmsal Zoom (2-dən 20-dək )
Qurulmuş kameranın rəqəmsal böyüdülməsinin (Zoom) qiyməti. ZOOM rəqəmli (əldə olunan təsvirin proqram interpolyasiyası və ekstrapolyasiyası metodu ilə böyüdülməsi) və optik (təsvirin linza sisteminin köməyi ilə çəkiliş anında böyüdülməsi). Mobil telefonların əksəriyyətində zum rəqəmlidir – böyütmə təsvirin pikselinin ölçüsünün dəyişdirilməsi vasitəsilə proqram tərəfindən baş verir, belə böyütmə zamanı təsvirin keyfiyyəti pisləşir.
yuxarıya

Videoçəkiliş zamanı kadrların tezliyi, maks
Video çəkiliş zamanı maksimum tezlik. Bu, telefonun saniyədə videoya yazdığı kadrların sayını müəyyən edir. Telefon videoya çəkdiyi kadrların sayı nə qədər çox olarsa, video bir o qədər “canlı” görünər. Misal üçün, əgər telefon saniyədə 10 kadrı videoya çəkirsə, (yaxud Hs - hers), оnda baxış hardasa sürətləndirilmiş slayd-şounu xatırladacaq. 15 Hs tezlikdə baxış daha rahat olur, amma kadrlar arasındakı bəzi ləngimə göz yenə də sezir. Daha irəliyə getmiş modellər 30 Hs tezliklə çəkə bilir.
yuxarıya

Prosessorun tezliyi (120-dən 624 MHs-ə qədər)
Prosessorun takt tezliyi. Takt tezliyi nə qədər böyük olarsa, prosessorun cəld hərəkəti bir o qədər yüksək olar. Bu və ya digər prosessorun olması cib kompüterinin imkanlarına təsir göstərir: məsələn, videoroliklərə baxmaq, yaxud müasir oyunlar üçün böyük tezlikli güclü prosessor tələb olunur.
yuxarıya

Ekrandakı sətirlərin sayı (1-dən 20-dək )
Mobil telefonun ekranının ölçüsü onun üçün nəzərdə tutulan sətirlərin sayı (mətn və piktoqramlı sətirlər) ilə müəyyən olunur. Telefonla işin rahatlığı ekranda əks olunan sətirlərin sayından asılıdır. Bəzi telefon modellərində ekrandakı sətirlərin sayı hərflərin ölçüsündən asılı olaraq dəyişir. Bu xarakteristikaya xidmət sətirləri, ikona sətirləri, və s. daxil deyil, yalnız iş sətirləri (deyək ki, hansında ki SMS yığılır yaxud telefon kitabçasına baxılır) nəzərə alınır.
yuxarıya
  TERMİN

A-GPS
Bluetooth
Dual Bluetooth Headset
EDGE
EMS
GPRS
GPS-modul
GSM 1800
GSM 1900
GSM 900
HSCSD
HSDPA
HTML
Java-əlavələri
MMS
MP3-melodiyalari
MP3-səsləndirici
POP / SMTP-müştəri
Push-To-Talk
QWERTY-кlaviatura
SMS: lüğət ilə daxil etmə
SMS: mesajların hazırlanması
TV-çıxış
VoIP- klient
WAP-brauzer
Wi-Fi
i-mode
Аvtozəng
Ekranın avtomatik dönməsi
Avtofokuslaşdırma
Аntenna
Zəngli saat
WAP-brauzer versiyası
Çəkisi
Vibrozəng
Sudan mühafizə
Diktofona yazı müddəti
Enerjinin yığılması müddəti
Gözləmə müddəti
Musiqiyə qulaq asma rejimində iş müddəti
Danışıq müddəti
Qurulmuş alışqan
Qulaqlıqlara çıxış
Səslə idarə etmə
Səs yığımı
Səs qeydləri
Ucadan əlaqə
İki displey
İkitərəfli displey
Coystik
Displeyin diaqonalı
Diktofon
Akkumulyatorun tutumu
Əlavə akkumulyatorun tutumu
Sərt diskin tutumu
Videokliplərin yazılması
Səsli taymer
Oyunlar
Danışıq müddətinin göstəricisi
Danışıq qiymətinin göstəricisi
RS232 interfeys
USB interfeys
İnfraqırmızı port (IRDA)
USB-yığıcı kimi istifadə
Kalkulyator
Videokonfranslar üçün kamera
Polifoniya səslərinin sayı
Fotokameranın meqapiksellərinin sayı
Melodiyaların sayı
Əlavə ekranın rənglərinin sayı
Ekranın rənglərinin sayı
Коnfrans-əlaqə
Yaddaş kartının maksimum həcmi
Моdеm
Bir düymə ilə yığım
Naviqasiya klavişi
Telefon kitabçaları arasında mübadilə
Operativ yaddaşın həcmi
Daimi yaddaşın həcmi
Qurulmuş telefon kitabının həcmi
Əməliyyat sistemi
Optik Zoom (1-dən 3-ə kim)
Orqanayzer/təqvim
Platforma
3G (UMTS)-in dəstəklənməsi
AAC-nın dəstəklənməsi
MS Office-in dəstəklənməsi
PictBridge-in dəstəklənməsi
UMA-nın dəstəklənməsi
WAV-ın dəstəklənməsi
WMA-in dəstəklənməsi
İki SİM-kartın dəstəklənməsi
Kitabça üzrə axtarış
Polifonik melodiyalar
A2DP profili
Prosessor
Radioqəbuledici
İstifadəçi üçün mümkün olan yaddaş ölçüsü
Yaddaşın ölçüsü
Displeyin X üzrə icazəsi
Displeyin Y üzrə icazəsi
Əlavə ekranın X üzrə icazəsi
Əlavə ekranın Y üzrə icazəsi
Videoçəkiliş zamanı icazə, maks
Fotokameranın icazəsi
Xarici antenna üçün razyom
Bir neçə abunəçiyə SMS göndərilməsi
Melodiyaların redaktoru
Makroçəkiliş rejimi
Uçuş rejimi
HR, FR, EFR səsi kodlaşdırma rejimləri
Ruslaşdırma
Sensor ekran
Kompüter ilə sinxronizasiya
Yaddaş kartı üçün slot
Smartfon
Növbəli panellər
Bluetooth standartı
CDMA 450 standartı
CDMA 800 standartı
Stereodinamiklər
Akkumulyatorun tipi
Alışqanın tipi
Yaddaş kartının tipi
Korpusun tipi
Rəngli ekranın tipi
Fotokamera
Rəngli əlavə ekran
Rəngli ekran
Rəqəmsal Zoom
Videoçəkiliş zamanı kadrların tezliyi, maks
Prosessorun tezliyi
Ekrandakı sətirlərin sayı
 
Rating@Mail.ru Rambler's Top100