• Home
  • Site map
  • Contact
Bakı  (+994 12) 598 09 09
    Sumqait  (+994 18) 644 30 40
  • Şirkət barədə
  • Xidmətlərimiz
  • Korporativ müştərilər
  • Mütəxəssislərin məsləhəti
  • Sual – Cavab
  • Sual – Cavab
  • Servis mərkəzlərinin ünvanları

MOBİL XƏBƏRLƏR

Samsung məxsusi olaraq yaşlı insanlar üçün işlənib hazırlanm
Yaşlı istifadəçilərin tələbatlarının araşdırılması gedişində iki əsas istiqamət - maksimum sadə menyu və ekranda böyük şriftlər seçilmişdir. Yeni telefon bu tələbləri ödəyir. Samsung C3060R telefonunun menyusu maksimum dərəcədə intuitiv hazırlanmışdır.
Daha ətraflı...
 
İndi smartfonda USM (ultrasəs müayinəsi) etmək mümkündür
Sent-Luisdəki Vaşinqton Universitetindən (Washington University in St. Louis, WUSTL) olan tədqiqatçılar qrupu (William D. Richard, Ph.D. və David Zar) USB-daxili orqanların ultrasəs müayinəsi üçün zond işləyib hazırlamışlar.
Daha ətraflı...
 
Samsung aromatlaşdırılmış mobil telefon patentləşdirmişdir
Samsung şirkəti Patent Bürosuna qoxuya malik mobil cihazı təsvir edən sifariş vermişdir.
Daha ətraflı...
 
Samsung GT-S8000 Cubic telefonunun spesifikasiyası
Аpаrаt sensor displeyli və aparat klaviaturası olmayan monobloka malikdir. Yeni məlumatlara əsasən, model Cubic adını daşıyır və istifadəçi gözləmə rejimində bir yox, bir neçə “iş masası”na baxa bilir.
Daha ətraflı...
 
Samsung Solar Crest – günəşdən enerji alan telefon
Koreya şirkəti əldə olunanlarla kifayətlənməmək qərarına gəlmişdir və konseptlərdən fərqli olaraq, tezliklə günəş şüalarından enerji alan telefon meydana çıxacaqdır.
Daha ətraflı...
 
 
Samsung məxsusi olaraq yaşlı insanlar üçün işlənib hazırlanm
Yaşlı istifadəçilərin tələbatlarının araşdırılması gedişində iki əsas istiqamət - maksimum sadə menyu və ekranda böyük şriftlər seçilmişdir. Yeni telefon bu tələbləri ödəyir. Samsung C3060R telefonunun menyusu maksimum dərəcədə intuitiv hazırlanmışdır.

Menyunun əsas ekranı cəmi beş punktdan ibarətdir ki, bu da istifadəçiyə strukturda azmamağa və sərbəst şəkildə əsas qurğuların öhdəsindən gəlməyə imkan verir, menyunun “Sorğu” bölməsi isə funksiyaların mənimsənilməsinə kömək edir. Menyunu təşkil edən bütün obyektlər və mətnlər iri şriftlərlə yerinə yetirilmişdir, böyük və parlaq 2,2" displeyi mətnin və nişanların düzgün əks etdirilməsinə kömək edir.

Telefonun klavişləri nömrənin daha rahat yığılması üçün böyüdülmüşdür, onların üzərindəki rəqəmlər də iri şriftlə göstərilmişdir. Korpusun özü “monoblok” form-faktorunda yerinə yetirilmişdir. Telefon sadə və səliqəli görünür, teksturalı arxa qapaq isə onun görünüşünün gözəlliyini daha da artırır.

C3060R telefonunda Samsung — SOS-zəng firma funksiyasının olması çox yerinə düşür ki, bunun da sayəsində istifadəçi beşə qədər təcili nömrəni qura bilər. SOS düyməsinə (bu düymə aparatın dirəyində qırmızı rənglidir) qısaca basdıqda bütün təcili nömrələr lazım olanının seçilməsi üçün ekrana gəlir. Bu düyməyə uzun müddət basdıqda isə siyahıdakı birinci ilə avtomatik bağlantı başlanır. Bu funksiya fövqəladə hallarda çox faydalı ola bilər. Bundan əlavə, telefon həm də 1,3 Mp fotokamera, FM-radio, WAP-brauzer, JAVA proqramlarının dəstəklənməsi kimi adi funksiyalara da malikdir.

Balanslaşdırılmış və çox aktual olan Samsung C3060R aparatı istehsalçılar tərəfindən indiyədək zəbt olunmayan, yeni bazar sektoru açır. Samsung şirkəti bu modelin uğurlu, ona tələbatın isə çox olacağına əmindir.


Samsung C3060R
 
< Əvvəlki   Sonrakı >

Sorğu

Telefonunuz hansı markadır?

MÜŞTƏRİLƏRİN RƏYİ

Rating@Mail.ru Rambler's Top100