|
Samsung Main Bldg., 250 Taepyung Ro, 2Ga, Chung-Ku, Seoul, Korea, 100-742, ünvanında yerləşən «Samsunq Elektroniks Ko. Ltd.» , seçiminizə görə sizə dərin minnətdarlığını bildirir. Biz bu mobil telefonun Sizin bütün tələblərinizə cavab verməsi keyfiyyətinin isə ən yaxşı dünya modellərinə uyğun olması üçün mümkün olan hər şey etmişik.
«Samsunq Elektroniks Ko. Ltd.» istismar şərlərinə əməl olunması şərtilə mobil telefonlara 3 il rəsmi istismar müddəti təyin edir. «Samsunq Elektroniks Ko. Ltd.» mobil telefonlarının yüksək keyfiyyətini, etibarlılığını və təhlükəsizlik səviyyəsini nəzərə alaraq həqiqi istismar müddəti rəsmi istismar müddətindən xeyli çox ola bilər. «Samsunq Elektroniks Ko. Ltd.» tərəfindən müəyyən ölkələrə çatdırılma və satış üçün nəzərdə tutulan mobil telefonlar həmin ölkənin istismar şərtləri nəzərə alınmaqla hazırlanmışdır. Bundan əmin olmaq üçün sizdən telefonun özündə qablaşdırmada rəsmi uyğunluq işarələrinin yoxlamağı xahiş edirik. Hər hansı problemlə üzləşərsinizsə, «Samsunq Elektroniks Ko. Ltd.» şirkətinin səlahiyyətli xidmət mərkəzinə (SXM) müraciət etməyinizi israrla tövsiyə edirik, mərkəzin ünvan və telefonunu zəmanət talonunun əlavəsindən, telefonu aldığınız dükandan və ya saytımıza müraciət edərək öyrənə bilərsiniz və beləliklə də biz sizə ixtisaslı şəkildə və qısa müddətdə kömək edə bilərik. Anlaşılmazlığa yol verməmək üçün məhsulun istismar göstərişlərini, zəmanət öhdəliklərinin və pulsuz servis xidməti şərtlərini* diqqətlə oxumağı, zəmanət talonunu doğru doldurulmasını yoxlamağı artıq dərəcədə xahiş edirik. Zəmanət talonu yalnız modelin, seriya nömrəsinin, mobil telefonun nömrəsinin, satış tarixinin, satan firmanın möhürünün, alıcının imzasının doğru və aydın şəkildə olduğu halda etibarlıdır. Telefonun nömrəsi və modeli zəmanət talonunda qeyd edilənlə uyğun gəlməli, (CISxx-xxxxxx formatlı nömrəyə malik talonlar istisna olmaqla)zəmanət telefonunun nömrəsi telefonun IMEI nömrəsi ilə uyğun gəlməlidir, bu zaman telefonun seriya nömrəsi və modeli zəmanət talonuna yazılır. CISxx-xxxxxx formatlı nömrə zəmanət talonuna mətbəə üsul ilə yazılmalıdır. Bu şərtlər pozulduqda, habelə zəmanət talonunda qeyd edilən məlumatlar dəyişdirildikdə, pozulduqda və ya təzədən yazıldıqda talon etibarsız hesab olunur. «Samsunq Elektroniks Ko. Ltd.» hazırkı talonla məhsulda çatışmazlıqlar aşkar olunduğu təqdirdə istehlakçıların hüquqlarının qorunması barədə mövcud qanunvericiliklə təyin olunmuş istehlakçıların tələblərinin təmin olunması üzrə üzərinə öhdəliklər götürməsini təsdiq edir. Ancaq aşağıdakı şərtlərə əməl olunmadığı halda «Samsunq Elektroniks Ko. Ltd.» mobil telefonun istər zəmanət, istərsə də pulsuz servis xidmətindən imtina etmək hüququnu özündə saxlayır. Zəmanət öhdəliklərinin bütün şərtləri istehlakçıların hüquqlarının qorunması barədə qanunvericilik çərçivəsində hüquqi qüvvəyə malikdir və ərazisində qəbul olunduqları ölkənin qanunvericiliyi ilə tənzimlənir.
Zəmanət öhdəlikləri və pulsuz servis xidməti
1. İstehsalçının səlahiyyətli xidmət mərkəzləri tərəfindən verilən İstehsalçının zəmanət öhdəlikləri və pulsuz servis xidməti yalnız «Samsunq Elektroniks Ko. Ltd.» tərəfindən MDB ölkələrinə çatdırılma və satış üçün nəzərdə tutulmuş, MDB ölkələri ərazisində alınmış, eləcə də zəmanət və pulsuz servis xidməti təmin olunan ölkənin DÜST-ə əsasən sertifikatlaşdırılmış mobil telefon modellərin əhatə edir. 2. İstehsalçı mobil telefonun alındığı andan etibarən 36 ay ərzində pulsuz servis xidməti təmin edir və (hazırkı Şərtlər pozulmadığı təqdirdə) satış tarixindən etibarən 12 ay ərzində zəmanət öhdəlikləri daşımır. Zəmanət talonu itirildikdə, etibarsız hesab olunduqda və ya digər növ zəmanət talonu təqdim olunduqda mobil telefona pulsuz servis xidməti göstərilmir. 3. Ləvazimatlarının dəyişdirilməsi konstruksiyada nəzərdə tutulmayıbsa və mobil telefonun sökülməsi ilə bağlı deyilsə zəmanət öhdəlikləri telefonun aşağıdakı ləvazimatlar tətbiq olunmur: A) Birləşdirici kabellərə, keçidlərə, qulaqcıqlara, “hənds-fri” avadanlığına (qarniturlar); B) Müxtəlif növ məlumat daşıyıcıları (proqram təminatlı disklər, yaddaş kartları); C) Mobil telefonla birgə verilən çexollar, daşınma üçün şnurlar, sənədləşmə.
4. Zəmanət öhdəlikləri mobil telefon ilə birgə müxtəlif məlumat daşıyıcılarında təmin olunan proqram təminatına (PT) da tətbiq olunmur. 5. Pulsuz servis xidməti hazırkı Şərtlərin 3-cü bəndində qeyd olunmuş ləvazimatlar: maye kristal indikatorlar, akkumulyator batareyaları, xarici qida bloku, mobil telefonların doldurma avadanlıqlarına və PT-na da tətbiq olunmur. 6. İstehsalçı aşağıdakı hallarda zəmanət öhdəlikləri daşımır və pulsuz servis xidməti göstərmir: A) Telefondan birbaşa təyinatı üzrə istifadə olunmayıbsa. B) İstismar göstərişlərində qeyd olunan qayda və şərtlər pozulduğu halda. C) Telefonda ixtisassız təmir izləri varsa. Ç)Qüsur istehsalçının nəzərdə tutmadığı şəkildə telefonun konstruksiyasının və ya sxeminin dəyişdirilməsi səbəbindən yaranıbsa. D) Qüsur dəfedilməz qüvvələr, bədbəxt hadisələr, istehsalçı və ya üçüncü şəxslərin qəsdən və ehtiyatsız hərəkətləri səbəbindən yaranıbsa. E) Telefonun daxilinə xarici maddə, əşya, maye və həşəratların düşməsi səbəbindən yaranan zədələr aşkar olunubsa. Ə) Zədələr kompyuter virusları və onlara oxşar proqramlar, parolun qurulması və ya dəyişdirilməsi, ixtisassız modifikasiya və ya istifadəçi PT-nın və PT telefonunun təzədən quraşdırılması, üçüncü tərəf istifadəçi PT-nın və PT telefonunun quraşdırılması və ya istifadəsi səbəbindən yaranıbsa. 7. Zəmanət öhdəlikləri və pulsuz servis xidməti mobil telefonun aşağıdakı çatışmazlıqlarına tətbiq olunmur: A) Telefonun istehlakçıya verilməsindən sonra yaranmış mexaniki zədələr; B) Təchizedici, telekommunikasiya, kabel şəbəkələrinin qeyri-qənaətbəxş fəaliyyəti və parametr standartlarına cavab verməməsi və yaxud bu kimi digər xarici amillər səbəbindən yaranan çatışmazlıqlar; C) Telekommunikasiya şəbəkəsinin həcminin və radio siqnalın gücünün kifayət qədər olmaması, o cümlədən, yerin relyefinin özünəməxsus cəhətləri və şəhər mühiti, telefondan sərhəddən və ya şəbəkənin fəaliyyət zonasından kənarda istifadə səbəbindən yaranan çatışmazlıqlar; Ç) Qeyr-standart, keyfiyyətsiz, çıxar materiallar, ləvazimatlar, ehtiyat hissələri, qida elementləri, müxtəlif növ məlumat daşıyıcılarından ( o cümlədən, SİM-kartlar, yaddaş kartları) istifadə səbəbindən yaranan zədələr. 8. Mobil telefona birgə verilən sənəddə təsvir olunan qurulma və quraşdırma həm istifadəçi, həm də (ödənişli əsasda) müvafiq profilli əksər SXM-nin mütəxəssisləri və satıcı firmalar icra oluna bilər.
9. Telefonun yaddaşında saxladığınız məlumatları xarici məlumat daşıyıcısına köçürməyinizi israrla tövsiyə edirik. «Samsunq Elektroniks Ko. Ltd.» bu məlumatların itirilməsi, dəyişdirilməsi və ya istifadənin mümkünsüzlüyü ilə bağlı birbaşa və ya dolayı şəkildə dəymiş zərərə görə məsuliyyət daşımır. 10. «Samsunq Elektroniks Ko. Ltd.» məhsulun istismar, quraşdırma qayda-qanunlarına və şərtlərinə əməl olunmaması, istehlakçı və ya üçüncü şəxslərin qəsdən və ya ehtiyatsız hərəkətləri səbəbindən "Samsung" məhsullarının insanlara, ev heyvanlarına, əmlaka dəymiş birbaşa və dolayı zərərə görə məsuliyyət daşımır. |