• Home
  • Site map
  • Contact
Bakı  (+994 12) 598 09 09
    Sumqait  (+994 18) 644 30 40
  • Şirkət barədə
  • Xidmətlərimiz
  • Korporativ müştərilər
  • Mütəxəssislərin məsləhəti
  • Sual – Cavab
  • Sual – Cavab
  • Servis mərkəzlərinin ünvanları

MOBİL XƏBƏRLƏR

Samsung məxsusi olaraq yaşlı insanlar üçün işlənib hazırlanm
Yaşlı istifadəçilərin tələbatlarının araşdırılması gedişində iki əsas istiqamət - maksimum sadə menyu və ekranda böyük şriftlər seçilmişdir. Yeni telefon bu tələbləri ödəyir. Samsung C3060R telefonunun menyusu maksimum dərəcədə intuitiv hazırlanmışdır.
Daha ətraflı...
 
İndi smartfonda USM (ultrasəs müayinəsi) etmək mümkündür
Sent-Luisdəki Vaşinqton Universitetindən (Washington University in St. Louis, WUSTL) olan tədqiqatçılar qrupu (William D. Richard, Ph.D. və David Zar) USB-daxili orqanların ultrasəs müayinəsi üçün zond işləyib hazırlamışlar.
Daha ətraflı...
 
Samsung aromatlaşdırılmış mobil telefon patentləşdirmişdir
Samsung şirkəti Patent Bürosuna qoxuya malik mobil cihazı təsvir edən sifariş vermişdir.
Daha ətraflı...
 
Samsung GT-S8000 Cubic telefonunun spesifikasiyası
Аpаrаt sensor displeyli və aparat klaviaturası olmayan monobloka malikdir. Yeni məlumatlara əsasən, model Cubic adını daşıyır və istifadəçi gözləmə rejimində bir yox, bir neçə “iş masası”na baxa bilir.
Daha ətraflı...
 
Samsung Solar Crest – günəşdən enerji alan telefon
Koreya şirkəti əldə olunanlarla kifayətlənməmək qərarına gəlmişdir və konseptlərdən fərqli olaraq, tezliklə günəş şüalarından enerji alan telefon meydana çıxacaqdır.
Daha ətraflı...
 
 
SMARTFONLAR VƏ KOMMUNİKATORLAR: OXŞAR VƏ FƏRQLİ CƏHƏTLƏR.

Əksər istifadəçilər smartfon və kommunikator anlayışları ilə tanışdır. Xoşbəxt sahiblər cihazları mükəmməllik səviyyəsinə çatdırır. Digərləri, şübhəsiz, məmnuniyyətlə bu cür avadanlıqların sahibi olardı. Bu aydındır. Smartfon və kommunikatorlar bazarı son illərin dinamikasını saxlayaraq sürətlə inkişaf edir.

Mobil sənayenin lokomotivi olan Nokia şirkəti uzun müddətdir ki, hi-end sinfində yalnız “ağıllı telefonlar” təqdim edir. Hamı üçün olmayan Nokia 8800, 8800 Sirocco Edition, 8600 Luna telefonları istisnadır.
Ancaq belə mürəkkəb avadanlıqlardan hamının başı çıxmır. Əksər istifadəçilər öz avadanlıqlarını adi telefon hesab edir. Əksər hallarda söhbət Nokia şirkətinin Symbian avadanlıqlarından gedir. Ancaq bəzi mobil telefonların da sahibləri səhvən onları smartfon hesab edir. Bir neçə il bundan əvvəl bir çox internet dükanlar Sagem myX-8 dizayner telefonunu smartfon adlandırmışdı. Güclü prosessor və əla QVGA ekran onları yanıltmışdı.


İndi əksəriyyət əmindir ki, bütün smartfonları Nokia şirkəti istehsal edir. Digər istifadəçilər kommunikatorlarla şəxsi cib kompyuterləri (ŞCK) arasında fərq görmür. Bəzi məlumatlılar inandırırlar ki, smartfonlar və kommunikatorlar eyni şeydir.    
Bu material smartfonların və kommunikatorların müxtəlifliyini başa düşməyə və gələcəkdə avadanlıq seçərkən  özünüzü itirməməyə kömək edəcək.
Mobil texnika barədə anlayışı olanlar WID (Wireless Information Devices)  simsiz məlumat avadanlığı ilə tanışdır. Buraya smartfonlar, kommunikatorlar və ŞCK daxildir.

ŞCK

ŞCK (şəxsi cib kompyuterləri, mikrokompyuterlər, əl kompyuteri) samrtfonların və kommunikatorların sələfləridir.
ŞCK və “ağıllı” mobil telefonların tarixi 1984-cü ildə Psion Organizerin istehsalı ilə başlamışdır. Bundan sonra bir çox maraqlı modellər, o cümlədən,  Apple Newton MessagePad olmuşdur. Ona görə məşhur iPhone  böyük tarixə malikdir. Yeri gəlmişkən, ŞCK digər adı PDA termini (Personal Digital Assistant) məhz Apple tərəfindən təklif olunmuşdur.   
Sonradan bazarda Palm şirkətinin ŞCK satışa çıxarıldı. Onun məhsullarının əhəmiyyətini  həddən artıq qiymətləndirmək çətindir. «Palma»lar öz vaxtı üçün indi Nokia şirkətinin smartfonlarının əhəmiyyətini daşıyırdılar. Onlar müəyyən dərəcədə  ŞCK bazarını formalaşdırdılar. Bağışlanılan çatışmazlıqları olan əlverişli avadanlıqlar yarandı.  İndi monoxrom displeylər, aşağı həll, çoxtapşırıqlılıq və sair arxaik görünür. Bir neçə ilə əvvəl avadanlıqların geniş imkanları kimi qələmə verilirdi. ŞCK bazarı yalnız “palm”ların (PalmOne, Sony Clie) ərazisi deyildi. Palm OS ardınca Microsoft şirkəti ŞCK üçün əməliyyat sistemi (ƏS) təqdim etdi.  1996-cı ildə Windows CE 1.0 ilk versiyası yarandı. O, şirkətin sonrakı mobil platformaları üçün ilk nümunə rolunu oynadı.


Linux-həlləri də yada salmaq olar. Bu vaxtilə məşhur olan müxtəlif versiyalı “şarpozavrlar”dır Sharp Zaurus. Doğrudur, onların əksəriyyəti yaponiyadan kənara çıxmadı. Avadanlıqların yaxşı olmasına baxmayaraq onlarda ən müasir mobil texnologiyalar məs, sərt disk, sınaqdan keçirilirdi. 


Bununla belə, əksər ŞCK-lər Windows sistemində işləyirdi. Windows CE ardınca Pocket PC və Windows Mobile buraxıldı. Onlar inkişaf etməkdə olan kommunikatorlar (Phone Edition) və smartfonlar (for Smartphone) üçün versiyaya malik idi. ŞCK inkişaf dövründə çox funksional avadanlıqlar idi. Onlar güclü prosessora,
3,5-4 düymlük əla sensorlu VGA ekrana,  videoakselaratora, simsiz rabitə dəstəyinə, genişlənmə slotları CF, SD/MMC (SDIO təbii ki, dəstəklənirdi) və ya USB-hоst vasitəsilə əldə oluna bilən çoxsaylı periferiyaya malik idi. HP hx4700 ŞCK belə nəhəng idi. O, belə geniş cəhətlərdən başqa konstruktiv xüsusiyyətə də malik idi. Naviqasiya klavişinin əvəzinə noutbuklardakı kimi TouchPad-dən istifadə olunurdu. Ancaq bu əla avadanlıqlar köhnəldi. Özü də demək olar ki, buraxılan anda. Kommunikatorların yaranması ŞCK-nin əsas çatışmazlığını – səs rabitəsini olmamasını aşkar etdi.  2005-ci ildə HTC Magician, platformasının istehsalı ilə kommunikatorlar kütləviləşdi. İstehsalçılar yeni sinif mobil avadanlıqlar önəm verməyə başladı.


ŞCK yeni funksiyalar ilə təmin etməyə alışdılar. İstehsalçılar (PalmOne LifeDrive kimi)qurulmuş sərt dik ideyasını dəstəkləmədi.  Eyni sözü qurulmuş kameralar barədə də demək olar. GPS modullu ŞCK-lər geniş yayıldı. 2005-ci ildə yeni SiRF Star III çipset yaranana kimi bazarda yalnız bir dənə MiTAC Mio 168 modeli var

idi. Sonradan ŞCK-də GPS funksiyası kütləviləşdi. Ancaq bu ŞCK xilas etməyə kömək etmədi. Kommunikatorlar da GPS modullarla təchiz olunmağa başladı. Ayrı GPS-naviqatorları multimedia naviqatorlarına çevrildi.
Vaxtilə məşhur olan «ŞCK + telefon» birləşmə ideyası öz aktuallığını itirdi. Ucuz ŞCK və Bluetooth-u olan telefonun qiyməti ucuz kommunikatorun qiymətinə bərabərdir.   Konvergensiya dövründə bir neçə avadanlıqdan istifadə nüfuzlu deyil. Ancaq smartfonlar və kommunikatorlar «all-in-one» avadanlıqları konsepsiyasına əla uyğun gəlir. Bununla belə bu birləşmələrin bəzi funksiyalarından istifadə rahatlığı mübahisəlidir. Çatışmazlıq onların yüksək qiymətidir.
Bəlkə də belə aşağı qiymət ŞCK əsas üstünlüyüdür. ŞCK alınması konkret funksiyalar şəxslər üçün özünü doğruldur. Məs, videoya  rahat baxmaq və ya oxumaq üçün keyfiyyətli ekran. Ucuzluq və kifayət qədər funksionallıq ŞCK-ni mobil ticarətin effektiv vasitəsinə çevirir. Pərakəndə satış şirkətləri əvvəlcədən quraşdırılmış PT olan ŞCK ticarət nümayəndələri, merçendayzer, supervayzer, yəni “sahə” işçilərinin fəaliyyətinin avtomatlaşdırır. Ancaq burda da ŞCK kommunikatordan geri qalır. Çox vaxt məlumatları ofislə “hava vasitəsilə” sinxronlaşdırmaq lazım olur. Bu ŞCK xarici modemini və ya mobil telefon modemindən istifadə etməyi tələb edir ki, bu da dəstin qiymətini bahalaşdırır və rahatlıqda kommunikatordan geri qalmasına səbəb olur.    
ŞCK əhatə dairəsinə smartfon və kommuikatorlardan başqa digər mobil avadanlıqlar da müdaxilə etməyə başlayır. Məs, multimedia GPS naviqatorları, müxtəlif kompakt multimedia pleyerləri, eləcə də  gələcək perspektivdə UMPC subnoutbukları. İndi bu şəkisi yarım kilo olan yöndəmsiz və bahalı avadanlıqlardır. Ancaq, qabaritlərin azaldılması ilə onlar ŞCK yerini tuta bilər. 


Kommunikatorlar
Antenaların xarici olduğu o əvvəlki günlərdə ilk kommunikator yaranmışdır. Bu 1996-cı ildə satışa buraxılan Nokia 9000 idi. Avadanlıq çox bahalı böyük bir kərpici xatırladırdı.
Göründüyü kimi subnoutbuklar ideyası hələ o vaxtlar var idi. Nokia 9000 GEOS ƏS-də işləyirdi. Hər hansı digər kənar əlavələr və ya multimediadan söhbət belə getmirdi. Ancaq kommunikator iki əsas fərqləndirici cəhətə - tamölçülü  QWERTY-klaviatura və yüksək aydınlığa (640 х 200, doğrudur, monoxrom)malik ekrana - malik idi. Ən əsası isə onunla zəng etmək olurdu. ŞCK isə bunu etmək olmurdu. Yeri gəlmişkən, «kommunikator» adını  Nokia şirkəti yaratmışdır. Bütün 9хх0 modelləri kommunikator adlanırdı. 9000 ardınca 9000i, 9110, 9210/9210i buraxıldı. 2002-ci ildə çıxan son model çox məşhur oldu. Model o vaxt üçün əla ekrana malik idi, ofis sənədləri, arxivlər, qrafika, internet səhifələri ilə işləyə bilirdi.
Ancaq Nokia kommunikatorların sensor ekranın olmaması kimi bir çatışmazlığı var idi. BU onları adi ŞCK-dən fərqləndirirdi. Digər şirkətlər başqa yolla getdilər.
2002-ci ildə  Sony Ericsson alyansı sensor ekranlı və QWERTY klaviaturalı  P800 modelini təqdim etdi. Handspring şirkəti Treo kommunikatorlarını Palm isə Tungsten W avadanlığını satışa buraxdı. Model uğursuzluqla üzlədi nəticədə 2003-cü ildə Palm və Handsring birləşdi. Palm Treo 600, 650 kommunikatorları çox uğurlu oldu.  Onları GSm modullu ŞCK kimi xarakterizə etmək olar. ŞCK

üstünlükləri – sensorlu ekran, əl ilə yazının daxil edilməsi – internet səhifələrinə baxış və elektron poçt ilə iş əlavə olunmuşdu.


Pocket PC əməliyyat sisteminin inkişafı ilə Windows-kommunikatorlar yaranmağa başladı. Bunlar HP Jornada 928, Siemens SX45, Trium Mondo, Sagem WA3050 və başqaları idi.
Ancaq Windows  avandanlıqların inkişafına ən böyük töhfəni Tayvan şirkəti HTC (High Tech Computer Corp) vermişdir.  Nokia şirkətini kommunikatorları  satış sahəsi bir hissəsi üçün həllər idi. Onlar  geniş auditoriya üçün nəzərdə tutulmamışdı. Bundan başqa onlar az sayda idi. HTC şirkətinin müxtəlif ticarət markası altında buraxılan çoxsaylı malları isə əksinə kommunikatorlar bazarını kütləvi etdi. HTC ardınca digər hazırlayıcılar: Tayvannın E-Ten, Quanta Computer, Wistron, Çinin Legend Group və digərləri bu işə qoşuldu. Ancaq məhz HTC kommunikatorların bugünkü görkəmini yaratdı.


İlk HTC avadanlıqları qabaritlərinə görə ŞCK-dən fərqlənmirdi. 2001-ci ildə (müxtəlif adlar altında - O2 XDA, Qtek 1010, Siemens SX56) HTC Wallaby buraxıldı. İki il sonra güclü prosessora, həcmli yaddaşa və yeni Windows Mobile 2003 Phone Edition ƏS malik HTC Himalayas platforması buraxıldı. Bu platformanın nümayəndələri: i-mate Pocket PC, Qtek 2020, T-Mobile MDA II, O2 XDA II.
Onu əvəz edən HTC Blue Angel maraqlı konstruksiyaya malik idi. Bu siyirməli QWERTY klaviaturaya malik slayder idi.  Platforma aşağıdakı məhsullarda öz əksini tapdı Qtek 9090, T-Mobile MDA III, O2 XDA II, i-mate PDA2k.
Ancaq inqilabı HTC Magician (i-mate JAM, Qtek S100, T-Mobile Compact, Dopod 818, O2 mini-XDA) etdi.
Onun yaranması ilə kommunikatorlar ŞCK-dən daha da uzaqlaşdılar və təbii ki, smartfonlara və telefonlara daha da yaxınlaşdılar. HTC Magician buraxılması onların bir sinif avadanlığına inteqrasiyasının başlanğıcı oldu.  
Kommunikatorların ölçüləri dəyişdi. Onlar maksimal şəkildə telefon qabaritlərinə yaxınlaşdı. Bu ekranların kiçilməsinə səbəb oldu. ŞCK-də norma 3,5-4 düym diaqonal hesab olunur. Kommunikatorlar üçün indi standart 2,8 düymdən çox deyil.   
Nəhayət, QWERTY-klaviatura kommunikatorlarda vacib olmaqdan çıxdı. Tamölçülü klaviatura ilə avadanlıq var. Bu HTC Universal, sayd-salyderlər HTC Wizard, Herald, TyTN, E-Ten Glofiish M700 bazasında kommunikator-raskladuşkalardır. İndi smartfonlar da QWERTY-klaviatura ilə təchiz edilir. Sony Ericsson aparatlarından başqa bu HTC S710-dur ki bu da istifadəçiləri bir az da çaşdırır. Başlanğıcdan onların inkişaf paralel getsə də smartfonların və kommunikatorların daha bir neçə ümumi cəhəti yaranmışdır.

 

Smartfonlar


Belə bir fikir var ki, kommunikatorlar telefon funksiyalı ŞCK smartfonlar isə ŞCK funksiyalı telefonlardır. Bu cür izahat çox primitivdir, ancaq qismən doğrudur. Smartfonların xarici görünüşü telefonlardan çox da fərqlənmir.
İlk «ağıllı telefon» (smartphone – intellektual, ağıllı telefon) Ericsson R380s modeli oldu. Nəhəng ŞCK-dən fərqli olaraq o, məqbul qabaritlərə (130 х 50 х 26 mm) malik idi. Çəkisi də nisbətən az idi (169 q). Zahirən aparat Ericsson şirkətini digər flipli modellərinə (R320s) oxşayırdı. R380s əsas xüsusiyyəti – sensorlu ekranı məhz flipin arxasında gizlənirdi.
İstehsalçı məxsusi olaraq avadanlığın intellektuallığın vurğulayırdı. Nokia 9000 kimi Communicator, Ericsson R380s Smartphone adlanırdı.
Ancaq müasir meyarlara əsasən onu tam smartfon hesab etmək olmazdı. O, kənar tətbiqi proqramların qurulmasına imkan vermirdi, ƏS bağlı idi.
Smartfon anlayışı daha çox Nokia 7650 modelinə yaxın idi. Çoxları onu bazarda ilk “ağıllı” telefon hesab edir. Aparat  Symbian ƏS-də işləyir və kənar tətbiqi proqramlar quraşdırmaq imkanı verirdi.  Çatışmazlıqlar da var idi. Məs, aztutumlu yaddaş həcmi (4 Mb), yaddaş kartı üçün slotun olmaması.


Maraqlıdır ki, Nokia şirkəti avadanlığın irəliləyişini vurğulamırdı. Yalnız sırf aparat xüsusiyyətləri vurğulanırdı. BU form-amili (ilk slayderlərdən biri), kameranın olması, böyük ekran, MMS dəstəyi.
Nokia şirkətinin sonrakı smartfonları smartfonlar kimi təqdim olunmurdu. Diqqət digər funksiyalara– dizayn, təkrara ekran, oyun imkanları,və s. yönəldilirdi. Nokia şirkətinin smartfonları populyarlaşdı. Bu “ağıllı telefonların” kommunikatorlardan daha bir fərqini üzə çıxardı. Smartfonlar intellektual avadanlıqlar kimi təkmilləşdirilmirdi. Onlar adi telefonlarla bir səviyyədə satılırdı.
Sony Ericsson digər yolla getdi. Onun Р800, Р900 və digər modelləri  adi telefonlar üçün çox spesifik idi. Bu avadanlıqlar kommunikatorlarla smartfonlar arasında bir mövqe tuturdu.   
Nokia və Sony Ericsson şirkətlərindən başqa, Symbian həlləri digər istehsalçılar da - Siemens, Sendo, Samsung - təqdim etdi.
Linux-smartfonlarını xatırlamaq olar. Məs, Çin bazarı üçün  Motorola aparatı, model Haier N60.


Windows Mobile for Smartphone ƏS-nin buraxılması ilə ilk Windows-smartfonlar yarandı. 2000-ci ildə buraxılan Avenger sınaq rolunu oynadı. 2001-ci ildə Sendo Z100, növbəti il– HTC Canary buraxıldı. 2003-cü ildə Windows Mobile üzrə smartfon buraxıldı. Bunlar HTC Tanager və Voyager, Red-E SC110, Samsung SCH-i600, Mio 8380, Motorola MPx200. «Ölməyən mühərrik» Rusiya bazarına rəsmi təqdim olunan ilk Windows Mobile-smartfon oldu. O, burada öz ləqəbini doğrultdu. Bu əsasən möhkəm korpus və tələbsizlik  sayəsində baş verdi. Bacarıqlılar ona hətta Windows Mobile 5.0 ƏS-ni də quraşdırdı.


2004-cü ildən  WM-smartfonların inkişafı çox sürətləndi. Kommunikatorlarda

olduğu kimi burada da lider HTC şirkəti idi. Onun HTC Typhoon, Hurricane, Tornado və digər platformaları çoxsaylı ticarət markaları altında yayılırdı.    
Ən əsası smartfonlar sadəcə müxtəlif xüsusiyyətlərlə yüklənmiş telefonlar kimi qəbul olunmadılar. Artan funksionallıq onları kommunikatrorlara bir səviyyəyə çıxardı. Çoxları smartfonları və kommunikatorları eyni növ avadanlıqlara aid etməyə başladı.  
Nokia şirkətinin N-series adlanan multimedia kompyuterləri satışa buraxıldıqdan sonra, eləcə də korporativ QWERTY smartfonlarının(HTC S620, S650, Motorola Q, Samsung i320, i600, Nokia E61/E61i) təkmilləşdirilməsi ilə bu fikir gücləndi.  Bu avadanlıqlar Kanadanın RIM şirkətinin BlackBerry avadanlığının varisləri idi.   
Ancaq smartfonlarla kommuniktorları birmənalı olaraq bərabərləşdirmək olmaz. Bunlar hələlik fərqli avadanlıqlardır. Onlar həm oxşar, həm də fərqli cəhətlərə malikdir.  

 

 

Yekun

Beləliklə müqayisə göstərdi ki, smartfonlar və kommunikatorlar bir-birindən çox fərqlənmir. Konstruktiv xüsusiyyətlər əsasən ekran tipi ilə (sensorludur yoxsa yox) bağlıdır. Əs proqram versiyaları, ancaq bunlar tezliklə aradan qalxacaq.
Hər iki növ avadanlığın gələcəkdə bir sinif avadanlıq kimi birləşdirilməsi üçün zəmin var. Artıq indidən fərqlə marketinq sahəsində avadanlıqların  təqdim edilməsi («Yaxtanı necə adlandırarsan elə də üzər ») ilə bağlıdır.

Son tendensiyaları nəzərə alaraq tipik intellektual avadanlığın gələcəkdə necə olacağını təsəvvür etmək olar. Bu orta ölçülü monoblok sayd-slayder olacaq.   Yəqin ki, rəqəmsal klaviatura olacaq. Slayd-sleyderdə isə QWERTY klaviatura da əlavə olunacaq. Ekran sensorlu olacaq, onun diaqonalı isə bir az da azalaraq indiki 2,8 düymdən  2,4-2,6 düym olacaq. Artıq indidən kompaktlıq xatirinə ekranı kiçildilmiş kommunikatorlar yaranır. Aparat bir əl ilə işləmək üçün optimallaşdırılacaq.
Nəticədə müasir Sony Ericsson W950i, ASUS P525 və HTC S710 Vox arasında bir şey alnır.


Ancaq telefon aləmində baş verən son hadisələri, xüsusilə də iPhone satışa buraxılmasını unutmaq olmaz. Apple, məhsullarından biri olan iPod artıq  mp3-pleyerlərin bazarını dəyişdirmişdir. İkinci versiyasını gözləsək iPhone gələcək “ağıllılara” yeni nəfəs vermək iqtidarındadır. Artıq indidən sensor ekranlı və stilusdan istifadə etmədən barmaqla yazı daxil edilmə imkanlı avadanlıqlar yaranır.  Bu cür aparatların özünəməxsus xüsusiyyəti  avadanlıqla daha rahat işləmək üçün standart ƏS-nin təkmilləşdirilmiş interfeysə (və ya interfeys üzərində qurulma) malik olmasıdır. Ola bilsin gələcək samrtfon/kommunikator HTC Touch xatırladacaq? Gələcək göstərər. Hələlik isə mövcud smartfonları və kommunikatorları izləmək qalır. Axı onların arasında istənilən tələbatı ödəyə bilən maraqlı modellər var. 

 

 
Sonrakı >

Sorğu

Telefonunuz hansı markadır?

MÜŞTƏRİLƏRİN RƏYİ

Rating@Mail.ru Rambler's Top100